Android →  Google, Nexus siyasətini dəyişdirir


Google-un Nexus modelləri, yeni Android versiyalarının ilk nəşr olunduğu telefonlar olaraq diqqət çəkirlər. Yeni update-lər ilk olaraq Nexuslara gəlir. Bu telefonlar xüsusilə Android əməliyyat sisteminin xam halını istifadə edirlər.

Google, Nexus modelləri üçün bir istehsalçı seçir və Nexus modelini o istehsalçı çıxardır. Nexus Ona modeli üçün HTC, Nexus S və Galaxy Nexus üçün Samsung ilə razılaşan Google, Wall Street Journal-ın xəbərinə görə Nexus strategiyasını dəyişdirir.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google Plus-a "SHARE" buttonu əlavə edildi


Google sosial şəbəkəsi olan Google Plus-a arabir yeniliklər edərək daha da inkişaf etdirməyə çalışır. Etdiyi dəyişikliklər və digər servisləri inteqrasiyası ilə getdikcə daha çox insan tərəfindən istifadə edilməyə başlayır.
Google Plus-a eyni ilə Facebookda olduğu kimi, yeni share button (düymə) əlavə olunub. Paylaş düyməsi Web saytlarına yerləşdirilmək üçün nəzərdə tutulub. Bununla «Google+»da paylaşım edə biləcəyiniz kimi sosial şəbəkədəki bəyəndiyiniz məzmunları da yenə eyni düyməylə dərhal paylaşa bilərsiniz. Paylaşım ilə, Google+ üzərində istifadəçilərin daha çox fəallıq etmələrinin hədəfləndiyini düşünmək olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 27 апреля 2012, 03:12
  • Weboxu
  • 4

Google →  GMail pulsuz həcmini 10 GB-a yüksəltdi


Cloud xidmətini açan Google-ın bir başqa sürprizi də Gmailin pulsuz təqdim etdiyi sahəsini artırmaq oldu. Gmail istifadəçiləri artıq heç bir ödəniş etmədən 10 GB-lıq e-mail həcminə sahib olacaq.

Beləliklə təxminən 2.5 GB-lıq həcmində yer artılırdı. 7.5 GB-dan 10 GB-a. Google, bütün Gmail istifadəçilərinin e-maillərinin həcminin artırlmasının 24 saat içində reallaşacağını qeyd etdi. Bundan başqa Google Drive-ın ödənişli xidmətindən istifadə edənlər, həmin aldıqları sahəni Gmail ilə də paylaşa biləcəklər.
Paylaş :
  • +1
  • 25 апреля 2012, 04:20
  • Weboxu
  • 1

Google →  Google, cloud xidməti olan "Google Drive"ı açdı


Google-ın maraqla gözlənilən Dropbox bənzəri bulud xidməti Google Drive, təxmin edildiyi kimi 24 Apreldə rəsmi olaraq tanıdıldı.

Bulud xidmətlərini bilirsinizsə Google Drive-dan bəhs etməyə ehtiyac yoxdur.
Bilməyənlər üçün isə qısaca izahı; Google Drive, internet üzərindəki «hard diskiniz» olacaq. Hər cür musiqi, şəkil, sənəd, video və ya fərqli formatları internetdəki diskinizdə saxlaya bilərsiniz. Bunlara fərqli kompüterlərdən, telefonlardan ya da tabletlərdən dərhal çata bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  "Google Plus" dizaynını dəyişir


Ötən il Facebook-a rəqib olaraq açılan Google Plus şəbəkəsində yeniliklər var. Hələki Facebook üçün ciddi təhlükə olmasa da, Google Plus, Google-un digər servisləri ilə inteqrasiya edilərək varlığını davam etdirir.

Google rəsmi blogunda 170 milyon istifadəçiyə sahib «Google+»ın dizaynında bir sıra yeniliklər edəcəyini yazdı. Yeniliklər ilə birlikdə «Google+»ın ana səhifəsi də daha dinamik və rahat vəziyyət alır.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 12 апреля 2012, 01:17
  • Weboxu
  • 4

Google →  "Chrome OS" yeniləndi


Google, Chrome OS-u yenilədi. Sistemin interfeysində 2010-dakı yeniləmədən bu yana ilk dəfə böyük dəyişiklik baş verdi.

TechCrunchun xəbərinə görə, Chrome OS-in yeni interfeysi ilə birlikdə ənənəvi əməliyyat sistemi görünüşünə bənzədi.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Samsung-un reklam platforması bu il fəaliyyətə başlayacaq


Mobil sektorun ən böyük oyuçularından biri halına gələn Samsung, əlindəki gücdən maksimum fayda əldə etmək adına işlərini davam etdirir. The Wall Street Journalın xəbərinə görə; Samsung, OpenX Technologies ilə şəriklik edərək bir reklam platforması qurma yolunda işlərə başladı.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google Drive 1 GB yox 5 GB-lıq pulsuz yaddaş vəd edir...


Google-un yeni bulud (cloud) depolama xidməti Google Drive-ın hazırlıqlarını tamamladığı və çıxış üçün artıq hazır olduğu xəbərləri gəlmişdi. GigaOM'a müsahibə verən qaynaqlar çıxışın Aprel ayının əvvəllərində, 1 GB-lıq pulsuz yaddaş və Google fayllarındakına oxşar bir istifadəçi interfeysiylə birlikdə reallaşacağını bildirmişdi. Ancaq yeni çıxan bir ekran görüntüsü daha çox funksiya olduğunu xəbər verir.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Googlenin öz-özünə gedən avtomobilinin sükanında görmə qabiliyyətini itirmiş bir insan (Video)


Google-nin YouTube üzərindən nəşr etdiyi sonuncu video şirkətin bir müddətdir icra etdiyi öz-özünə gedən avtomobil proyektinin görmə qabiliyyətini itirmiş insanlar üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Məqalənin axırında yer alan videoda Google işçiləri, görmə qabiliyyətini yüzdə 95 nisbətində itirmiş Steve Mahan adlı bir şəxsi evindən götürür və sükanın başına əyləşdirir.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google saytlar üçün, "comment" xidməti açacaq (?)



İl sonunda 400 milyon istifadəçi hədəfinə çatmağa çalışan Google-un sosial şəbəkəsi Google+, Facebooka rəqib olacaq yeni bir sistem üzərində işləyir.

Səudiyyə ərəbistanı mənşəsili internet saytı Tech-WD-nin xəbərinə görə; Google, Facebookunkuna bənzər bir şərh sistemi istifadəyə verməyə hazırlaşır. Xəbərdəki məlumatlar, ötən oktyabr ayında bu mövzuyla əlaqəli olaraq WebProNews tərəfindən nəşr olunan sözləri də təsdiqləyir. Sistemin, açıqlanmayan başqa xüsusiyyətlərlə birlikdə, Ciddedəki G — Səudiyyə ərəbistandakı Google konfransında müzakirə edildiyi təxmin edilir.
Təəssüf ki Google, mövzu ilə əlaqədar detalları açıqlamır.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 28 марта 2012, 16:23
  • Weboxu
  • 1