Google → Google Translate API-ni bağlamaq qərarını dəyişdi

Ötən ay Google bəzi servisləri üçün verdiyi API-ləri dayandıracağını bildirmişdi. Bunlar arasında tərcümə sisteminin də API-si var idi.
API-lərə verdiyi dəstəyi dayandırma səbəbi olaraq isə onların maddi cəhətdən xeyir verməməsi səbəbi idi.
Google əsasən istifadəçilərin tənqidlərini və istəklərini nəzərə alan qurumdur. Bu sahədə də bir xeyli narazıçılıqlar da edildi. Google qərarını dəyişəsi .
( Ətraflı oxuyun )
- +1
- 7 июня 2011, 00:37
- şərh yaz
Weboxu → Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri
2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə . Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.
Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.
( Ətraflı oxuyun )
- +2
- 14 января 2011, 00:00
- 3
Təhlil → 2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?

2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi ( və yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.
( Ətraflı oxuyun )
- +6
- 1 января 2011, 17:51
- 5
Google → Google Translate-də Azərbaycan dili
Bir müddət əvvəl Twitter-də bu haqda yazmışdı. Düzü bu qədər tez bir müddətdə tərcümənin reliz olunacağını gözləmirdim. Bu gün -nin twitindən sonra gördüm ki, artıq istifadəyə verilib.Tərcümə sistemi ALPHA olaraq yayımlanıb. Üstəlik tək yox Erməni və Bask dilləri də əlavə olunub. Sistemi bir az yoxlayanda həqiqətən də çox əhatəli tərcümələr olmadığını görmək olar. Məsələn, yerli tərcümə sistemi -lə sözləri qarşılaşdıraq. Bookmark sözünü tərcümə elədim. Əvvəl Google-da:
( Ətraflı oxuyun )
- +4
- 14 мая 2010, 11:51
- 43



