İnternet → Unibankın "Google adsense" qiyməti barədə açıqlaması

Xatırladaq ki, iyunun əvvəlində blogumuzda «Google Adsense» çeklərinin pula çevirmə haqqının qalxması ilə əlaqədar . Bankdan isə daha yeni bu məsələ ilə bağlı açıqlama verilib. Rəsmi Facebook səhifəsində açıqlama edən bank, qiymət artımının səbəbi barədə məlumat :
Google Adsens" üzrə yeni komissiya haqqlarımızdan naraza olanların nəzərinə çatdırırıq ki, Bank bu günə kimi həmin xidmət üzrə qaçırılmaz poçt məsrəfləri hesabına itkilər ilə üzləşirdi. Hesablamalar onu göstərdi ki, orta hesabla «Google Adsense» xidmətləri üzrə çeklərin nağdlaşdırılması üçün ancaq «UPS» üzrə Bankın xərcləri 65 ABŞ Dolları təşkil edir. Ümumi nəticədə isə hər bir inkassisiya əməliyyatı zamanı Bankın xərcləri xarici banklara («WELLS FARQOBANK», «COMMERZBANK») ödədiyi klirinq haqqı ilə bərabər $100 çatırdı, halbuki bizə təqdim olunan çeklərin məbləği əksər halda 50-60 dollar civarında idi. Təbii ki, bu növ xidmətdə əvvəl tətbiq olunan 2% komissiya xərcləri ödəmirdi.
Hal-hazırda bu xidmətdən istifadə edənlərə məsləhətimiz budur ki, çeklərin inkassasiyasını bir-bir yox, daha yüksək məbləğdə toplasınlar və Bank vasitəsi ilə aparsınlar. Nəzərə alın ki, yeni tarif 100 ABŞ dolları + 2% komissiya qədərdir.
- +1
- 8 июля 2011, 16:36
- 5
İnternet → Unibankda Google Adsense çeklərini pula çevirmə haqqı qalxıb

Bu gün və əvvəlcədən inkasso üçün verdiyim çekin pulunu götürmək üçün getdim. Yeni «xidmət» tarifləri məni əməllicə şoka saldı. Ona görə bəlkə mən yalnış anlamışam deyə 2 dəfə xanıma yaxınlaşıb yeni tarifin necə olduğunu və çekdəki pulu almaq üçün nə etməli olduğumu soruşdum.
Məsələni bilməyənlər üçün qısa bir izah verim ki, Google Adsense reklamlarından əldə etdiyiniz pulu əsasən iki yolla əldə edə bilərsiniz. Birinci yol (Electronic funds transfer) köçürməsi yolu ilə, ikinci yol isə Google çekləri vasitəsilə. Birinci yol bizim , çünki banklarımızdan EFT dəstəkləyəni yoxdur. İkinci üsulda çeklərin nəğdləşdirilməsində isə əvvəl Google sizə poçt yolu ilə çeki göndərməlidir. Sonra siz bu çeki nəğdləşdirə biləcəyiniz banka getməlisiniz. Mən Unibank`dan istifadə edirdim. Çeki banka verib inkassasiya üçün təxmini 30-40 gün gözləməli olurdum. Bu xidmət üçün təxmini 5$ xidmət haqqı ödəyirdim. Bu mövcud vəziyyətdə ən sərfəli üsul idi.
( Ətraflı oxuyun )
- +2
- 6 июня 2011, 14:43
- 26
Blog: KNYAZ → GOOGLE TV

Google`un bir neçə aydır internet əsaslı bir TV peyk alıcısı proyekti üzərində çalışdığı ifadə olunur. Google TV adı verilən bu cihaz üçün, firmanın İntel və Sony ilə birgə çalışdıqları xəbərləri gəlməyə başladı.
Google Android platformasını istifadə edəcək olan cihaz üçün Logitech də klaviatura və buna bənzər vasitələr hazırlayır.
Google və bu proyektdəki ortaqlarının hədəfi isə bütün dünyanın ən əhəmiyyətli əyləncə və ünsiyyət vasitələri olan internet və televiziyası məhsuldar bir şəkildə bir araya gətirə bilmək.
Google TV, Android əsaslı bir cihaz olacaq
Televiziya üçün tətbiq
Texnologiya saytı xəbərinə görə, Google, Google TVin testlərinə Dish Network adlı bir firma ilə başlayıbdı. Sony, İntel və Logitech isə Google TV proyektiylə əlaqədar rəsmi bir açıqlama etməyibdi.
- +1
- 30 марта 2010, 09:44
- 4
İnteraktiv Marketinq → Azərbaycan internetindən maraqlı reklam görüntüləri
İnternetin ən aparıcı oyunçularından biri də reklamdır. Yaxşısı ilə pisi ilə internet reklamları həmişə müzakirə mövzusudur. İstər yaxşı mənada, istər pis, istər qeydi-adi, istərsə də gülməli bir çox reklamlarla rastlaşmaq olar internetdə. Əslində indi yazacağım şəkillər siyahım olduqca çox idi, sadəcə səhlənkarlıqdan bir qismini format vaxtı itirmişdim. Sonra qalanlarını saxlayıb bir az daha üstünə əlavələr etmişəm. Burada reklamın hər fasonundan görmək olar. Kiçik şərhlərlə milli internetimizdən reklamlar:
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- 0
- 15 ноября 2009, 01:03
- 4



