İnternet →  Google`un sosial şəbəkə marağı nədən irəli gəlir?!

Nəsə bu Google son vaxtlarda sosial şəbəkələrə maraq salıbdı. Yəqin ki, Facebook`un bu qədər yüksəlişi onu da narahat edir. Bunun üçün bir çox addımlar da atıbdı. Deməli Google`un ilk işi Orkut olmuşdu. Bu cəhd elə də uğurlu alınmadı. Servis təkcə Brazilyada populyar oldu və burada çox rəğbət gördü. Sonrakı cəhd isə Google wave oldu. Düzü ilk baxışdan çox gözəl cəhd kimi görsənirdi bu. Hətta insanların dəvətnamə ilə üzv ola bilməyi buna marağı daha da artırdı və hər kəs üzv olmaq üçün növbəyə düzüldülər — bizim social media əhli də qarışıq. Ancaq bu elə bilki bir növ şar effekti verdi — şişdi və sonunda partladı. Maraq birdən-birə azaldı. Sonra Google`dan növbəti bir sosial platforma hədəfi gəldiGoogle Buzz. Bu yeni platforma bir növ Friendfeed`in qardaşı oldu. Tamamilə eyni servislərdir. Servisdə Google`dan gəldiyinə görə paylaşım button`ları belə bloglarda öz yerini aldı. Ancaq bu yeni servis də hər kəs tərəfindən birmənalı qarşılanmadı. Texnologiya aləmində Google`un istifadəçilərə qarşı bir haqsızlığı kimi qələmə verilir. Çünki bu sizin mailinizin daxilində yaranır. Üstəlik bir növ mailinizdə açıq hala gəlmiş olur.
Elə bu söz-söhbətlər davam edərkən Google yeni bir sosial start-up`ı satın aldı.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 15 февраля 2010, 02:48
  • Shaig
  • 5

Google →  Google təzəcə açdığı Wave`i inkişaf etdirmək üçün AppJet komandasını satın aldı

Google Beta versiyada istifadəyə verdiyi Google Wave`i inkişaf etdirməyə çalışır. Bəlkə də hələ bir çox istifadəçinin alışa bilmədiyi, nəyə yararlı olacağını tam təyin edə bilmədiyi bu xidmətlə bağlı Google`un geniş planları var. Belə ki, Google Wave üçün EtherPad`ın müəllifləri olan AppJet komandasını satın aldı…

Bilməyənlər üçün biraz EtherPad və Appjet barədə qısa məlumat:

AppJet, EtherPad xidmətində Microsoft Office`dən Word sənədlərini, internet səhifələrini, PDF`ləri, düz mətn fayllarını aça bilir və iş qruplarına bunlar üzərində onlayn işləmək imkanı verir. Üstəlik xronoli olaraq dəyişiklik edilmiş işin daha əvvəlki hallarının da görülməsinə imkan yaradırdı. EtherPad əslində Google Docs ilə olduqca oxşar bir xidmətdir.
EtherPad`in komandası isə məhsullarının fərqini belə izah edir: «Google Docs ilə dəyişiklik klaviaturanızdan digər insanların qarşısına 5-15 saniyə sonra gedir. Bir anlığıa telefonlarda da belə bir gecikmə olduğunu düşünün?» Etherpad, Google Docs`dan fərqli olaraq həqiqətən anında ortaq iş imkanı təqdim edə bilir.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 13 декабря 2009, 12:58
  • Sadig
  • 11

Google →  Google Wave haqqında

Qısa vaxt əvvəl twitter`dən bir Google Wave dəvətnaməsi istədim və çox sağolsunlar dəvəti aldım. Ancaq üzv olmağıma baxmayaraq incələmək üçün hələdə vaxt tapa bilməmişəm. İlk fürsətdə incələyib öz fikirlərimi də bölüşəcəm yəqinki. Anacaq indi internetdə bu haqda bir video gördüm. Onu sizlərlə paylaşmaq istəyirəm. Vedio rus dilindədir, ancaq düşünürəmki işinizə yarayacaq.
Paylaş :