Google →  Google dizaynını planşetlərə uyğunlaşdırır


Planşetlərdə Google üzərində axtarış etmək əslində çox da çətin sayılmazdı, ancaq Google-un etmiş olduğu yeniliklərlə birlikdə bu cihazlar üzərindəki iş prinsipi daha da asan hala gəldi. Açıqlamaya görə həm iPad həm də Android 3.1+ planşetlərə xüsusi axtarış interfeysində bəzi optimizasiyalar həyata keçirildi. Yeniliyə təkcə barmaqla daha rahat işləmək deyil, həmdə sürətli işləmə daxildir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Sanan_Kamal →  Google-un Androidlər üçün daha bir yeniliyi


«Google» korporasiyası Android əməliyyat sistemi ilə işləyən smartfonlar üçün telefon danışıqlarını tərcümə etmək imkanı verən xüsusi proqram təqdim edib. İstifadəçi sadəcə olaraq yeni əlavəni smartfonuna yükləyir və tərcümə etmək istədiyi sözü və ya cümləni səsləndirir. Seçilmiş söz və ya cümlə «Google» serverlərində emal olunur və istifadəçi üçün onun tərcüməsi səsləndirilir. Tərcümə edilmiş ifadəni həmsöhbətə göndərmək üçün bu prosesi təsdiq edən xüsusi düymənin köməyi ilə xəttin digər tərəfindəki istifadəçi bu tərcüməni eşidəcəkdir. Şirkət tərəfindən yaxın 18 ayda proqramın sonadək işlənib hazırlanacağı gözlənilir. Bundan sonra istifadəçilər yeni imkandan faydalana biləcəklər.
«Google» müxtəlif dillərdə danışan insanların ünsiyyətlərini daha da asanlaşdırmaq niyyətindədir. Hazırda istifadəçilər əlavənin test versiyasını sınaqdan keçirə bilər. Mütəxəssislər hələ ki, yalnız ispan və ingilis dillərini dəstəkləyən proqramın dil bazasını yaxın zamanda genişləndirəcəyini bildirirlər.
Paylaş :