Blog: Teodor86 → StatCounter: Google Chrome səyyahı populyarlığa görə ilin sonuna kimi Mozilla Firefox-u ötəcək

StatCounter monitorinq şirkətinin proqnozlarına əsasən, Google Chrome səyyahı cari ilin sonuna kimi yalnız Microsoft Internet Explorer-dən geri qalaraq bazar payına görə Mozilla Firefox-u ötə və ikinci yerə çıxa bilər. İrlandiya şirkətinin hesablamalarına əsasən, Chrome səyyahı Firefox-dan ikinci yeri dekabrın ayının ilk yarısında və ya hətta bir az əvvəl alacaq.
StatCounter şirkəti çərşənbə günü axşam səyyahların sentyabr ayı üzrə bazar paylarının bölgüsü ilə bağlı son qlobal statistik məlumatları dərc edib. Nəticələr belədir: Chrome — 23,6%, Firefox 26.8,% və Internet Explorer- 41.7%. StatCounter şirkəti bildirib ki, ilin əvvəlindən, 9 ay ərzində Chrome səyyahının istifadəçilərinin bazası 2 dəfə artıb.
( Ətraflı oxuyun )
- +1
- 30 сентября 2011, 14:23
- 1
Google → Chrome 12 stabil versiya çıxdı

Web dünyasının ən tez-tez update olan və bazar payını sürətlə artıran brouseri Google Chrome 12 stabil versiyasını çıxardı.
12.0.742.91 versiya nömrəsi ilə gələn son versiya ilə birlikdə edilən bəzi yeniliklər:
( Ətraflı oxuyun )
- +1
- 8 июня 2011, 15:56
- 1
Təhlil → Opera və Chrome-un sürət iddiaları

Son zamanlarda browserlər arasında dəb halını alan bir məsələ sürətdir. Hər biri digərindən daha sürətli olduğunu iddia etmək üçün dəridən qabıqdan çıxır. Fikrimcə, browserləri «tərpənməyə» sövq edən olmuşdusa, sürət məsələsini də aktual edən oldu. İndi hamsı sürətləri olmaqlarını vurğulamaq üçün maraqlı yollara əl atırlar. Bu gün Opera-nın bir videosu haqqında . Yeni bir reklam videosu çəkiblər. (Artıq reklamları Youtube-da yerləşdirmək kifayət edir ki, böyük kütləyə çatsın, TV-ə ehtiyac qalmır).
( Ətraflı oxuyun )
- +2
- 29 мая 2010, 01:40
- 11
Google → Chrome 5.x(Stable) versiya çıxdı

Google, Chrome-un, v 5.0 versiyasını yayımladı. İnternet brouseri bazarında yaşanan rəqabətdə Google, hər keçən gün daha da üstün mövqeyə gələ bilmək üçün işlərini davam etdirir. Firmanın məşhur internet brouseri Chrome, beşinci versiyası — v 5.0 ilə istifadəçilərin qarşısına çıxdı.
Dünyanın ən sürətli internet skaneri olaraq önə sürülən brouserin yeni versiyasında, yeni v8 JavaScript dəstəyi sayəsində təqribi 30-35% sürətində artış olub.
Ayrıca yeni versiyanın Mac və Linux platformaları üçün də stabil versiyası yayımlanıb. Adobe, Flash Player 10.1-i yayımladıqdan sonra Chrome v 5.0-a bu proqramın əlavəsi də avtomatik olaraq yüklənəcək.
Yenilikləri
— Yeni hazırlanmış yer bildirmə işarələri
— Location API-ləri
— Application ön yaddaşı
— Fayllar üçün " and " xüsusiyyəti
- +2
- 26 мая 2010, 00:47
- 5
Google → Google Chrome 5 Beta istifadəyə verildi
Google`un browseri Chrome`un 5-ci versiyasının betasını Windows, Mac və Linux üçün eyni anda .Google, məşhur browseri Chrome üçün yeni bir aktuallaşdırma nəşr etdi. İstifadəyə verilən Chrome 5 Beta`nın istifadəçi tərəfindən görünən çox böyük dəyişiklikləri yoxdur. Amma arxa tərəfdə rahatlıq və təhlükəsizlik baxımından bəzi əhəmiyyətli dəyişikliklər var.
5.0.342.8 versiya nömrəsi ilə istifadəyə verilən Chrome 5`in betasıda ən vacib yeni xüsusiyyət, avtomatik tərcümə xüsusiyyətinin idarə hüququnun istifadəçiyə verilməsi olubdur. Əksər istifadəçilər onun avtomotik olmağından narazı idilər. Bunun xaricində başqa bir neçə yenilik və biri yüksək əhəmiyyət səviyyəsinə sahib iki təhlükəsizlik bug`nın bağlanılmasıdır.
Chrome 5 Beta`nın son versiyasını bu ünvanlardan endirə bilərsiniz:
* Windows:
* Mac:
* Linux:
- +2
- 31 марта 2010, 09:53
- 4
Google → Yeni Google Chrome reklamı
Google Chrome üçün yeni reklam çarxı. Mənim çox xoşuma gəldi.Əlavə olaraq onu deyimki Google Chrome indi Mac`da da istifadəsi mümkündür.
Ümumiyyətlə bu ilin son rübündə hər gün Google haqqında nəsə eşitmək mümkün hala gəlibdi.
Hətta haqqında yazılanları izləyib çatdırmaqda çətinləşibdi. Maraqlıdır görən bu aktivləşmə nə səbəbə görədir…
- +1
- 11 декабря 2009, 16:37
- 1



