Təhlil →  BakuTel 2010 - yeni mərkəzdə, köhnə sərgi


Bu gün BakuTel sərgisinə tamaşa etməyə getmişdim. Əslində plan o idi ki, sərginin ilk günü gedək. Məlum olaraq, sərginin açılış vaxtı dəyişdiyindən, sərgini ziyarət vaxtı da avtomatik dəyişildi. Ona görə bu haqda öz fikirlərimi hələki indi yazıram. Yəqin ki, indiyə qədər sərginin gedişatı, oradakı stendlər haqqında oxucuların çoxusu ya gedib görüb, ya da indiyə qədər oxuyub. Mən də ona görə sərginin gedişatı haqqında yox, elə ümumiyyətlə sərgi haqqında fikirlərimi qeyd edəcəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 26 ноября 2010, 01:51
  • Shaig
  • 1

Moxito →  moxito.az-da Kredit Kartı ilə ödəmələr qəbul edilir.


Artıq siz moxito.az mobil reklam sistemində balansınızı kredit kartları ilə də artıra bilərsiniz. Bunun üçün Balansınız hissəsində ödəmə vasitəsini «Credit Card» olaraq seçdikdən sonra, VISA, MasterCard və ya Maestro kartlarından biri ilə rahatca balansınıza pul əlavə edə bilərsiniz. Ödəmə sistemi GoldenPay vasitəsi ilə keçirilir.
Paylaş :
  • +3
  • 16 мая 2010, 00:22
  • moxito
  • 8

Oxatan →  Niyə, nöqtə az`ı online qeydiyyat edə bilmirəm?!

Bu nöqtə az domaini mənim heç barışmadığım domainlərdəndir. Düzdür həmin domainlərdə işlədiyim də olubdu, ancaq alıcısı heç vaxt mən olmamışam. Həmişə bu domaindən gen gəzirəm. Elə bu dəfəki oxumu da nöqtə az domaininə uzaqdan atacam. Yəni içəridə nə olur, nə olmur bilmirəm. Sadəcə bu yazdıqlarım mənimçün maraqlı haldır. Deməli hamımız bilirik ki, bu domainləri internetdən çox asan yolla qeydiyyatdan keçirtmək mümkündür. Əlimizin altında panelimiz istədiyimiz kimi idarə edirik. Bir .com domainini qeydiyyatdan keçirtmək ən çox halda15 dəqiqə vaxt alar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 14 февраля 2010, 12:35
  • Shaig
  • 23

Oxatan →  Yumru, MİF, nağıl… başlıq-keçid

Hə,.. nəhayət dırnaqarası I Milli İnternet Forumu başa çatdı. Əvvəlcədən getməyi fikirləşmirdim, amma sonra dostlarla birgə gedib bir baş çəkdik. Əslində ilk əvvəl onu deyimki bu İnternet Forum olaraq birinci deyil, sadəcə Yumru`nun keçirdiyi birinci forumdur.
Paylaş :

Oxatan →  Əl çirkləndirməyən pullar… başlıq-keçid

Deyirlər pul əl çirkidir. Həm əl pulu çirkləndirir, həmdə pul əli. Amma əl çirki olmayan pullarda var. Bu da elektron pullardır. Azərbaycan internetində təəssüfki bu elektron pullar yayılmayıbdı.
Paylaş :