İnternet → GoDaddy 2,25 milyard dollara satıldı
Bir müddət idi ki, GoDaddy-nin satılacağı ilə əlaqəli xəbərlər gəzirdi. Qiymətin 2 — 2.5 milyard arasında olacağı ifadə edilir. Hər nə qədər 0.5 rəqəmlər kiçik kimi görünsədə, 500 milyon dollarlıq bir rəqəmdir. Məsələ tam dəqiqləşdiyi üçün, bu barədə məlumat verə bilərik. Şirkət KR & Co., Silver Lake Partners və Technology Crossover Ventures-a . Bu satışdan sonra GoDaddy-nin daha da böyüməsi gözlənilir. 2009-dan 2010-a nisbətən 25% artış ile 947 milyon dollarlıq satış edilmişdi. Əgər şirkətin böyüməsi belə davam eləsə bu ilin sonuna qədər 1.1 milyard dollarlıq satışın olması gözlənilir.
- 0
- 4 июля 2011, 17:50
- 1
Blog: rashadaliyev → GoDaddy-yə virus düşüb??

GoDaddy-nin xidmətlərindən yəqin ki, bir çoxumuz istifadə edirik. Bəzilərimiz sadəcə domain bəzilərimiz domain ilə birlikdə hostinq xidməti də alır. ( Mənim kimi ;) Təqribən 2.3 ildir ki, aldığım hostinq xidmətindən kifayət qədər məmnun olduğum GoDaddy-yə bu gün daxil olarkən çox çaşdım. Bəli Google Chrome GoDaddy-nin saytının viruslu olduğunu deyirdi.
Təqribən 1-2 saat qədər çəkən bu problemdən sonra sayta daxil olarkən içəridəki bəzi bölmələrdə problemin 5 saat sonra da davam etdiyinin şahidi oldum.
( Ətraflı oxuyun )
- +1
- 31 мая 2010, 00:43
- 7
İnternet → Yahoo! da Çinli hackerlərin hədəfi oldu
Google`dan sonra, indi də Yahoo! Çin qaynaqlı hack hücumlarının hədəfindədir. 12 adamın Yahoo e-poçt hesabı hacklandı.Google ilə yaşanan gərginlikdən sonra Google Çindən bazarından çıxdı və son olaraq Çin səssiz sədasız ölkəsindən Google`ın senzurasız axtarışlarına məhdudiyyət qoydu. Çin və Google arasındakı soyuq müharibə davam etdiyi vaxt bu dəfə də Yahoo, Çin qaynaqlı hack hücumlarına hədəf oldu.
Associated Pressin xəbərinə görə, aralarında müxaliflər, alimlər və jurnalistlərin olduğu ən az 12 adamın Yahoo e-poçt hesabı hack edildi. Hesabı hack edilən yazar Andrew Jacobs, hadisədən sonra hesabının bəzi nizamlarının dəyişdirilmiş olduğunu görüb. Hackerlər Jacobsun bütün yazışmalarını fərqli bir e-poçt ünvanına istiqamətləndiriləcək şəkildə dəyişdiribmişlər.
( Ətraflı oxuyun )
- +5
- 31 марта 2010, 20:19
- 2
Google → GoDaddy də Çin bazarından çıxdı
Google`un rəsmi şəkildə Çin bazarından çıxdığını . Çini tərk edən növbəti texnologiya nəhəngi isə GoDaddy . Çin hökümətinin internetə tətbiq etdiyi qanunlar şirkətin .cn domainlərinin satışını dayandırmasına səbəb olubdu. Çində ".cn" sonluğu ilə alınan hər domain ünvanı üçün, istifadəçilərdən şəkil və iş məlumatı tələb edilir. GoDaddy şirkəti isə özündən domain alan istifadəçilərindən bu məlumatları istəmir. Beləliklə Çin və şirkət arasında anlaşılmazlıq başlamış olur.
Çindəki əhalinin hədisiz çox olmağı, bu bazarı çox qiymətli hala gətirir. Ancaq bazar böyük olmaqla bərabər həmdə problemlidir. Burada əsas qayda Çinin qanunlarına tabe olmaqdır. Əks təqdirdə mövqelənmək mümkün olmur. Yəqinki GoDaddy`nin bazardan çıxmağı local bir şirkətin çox böyüməsinə səbəb olacaq.
- 0
- 25 марта 2010, 22:33
- 3



