Google → Gmail iOS tətbiqinə alternativ e-poçt adreslərindən e-poçt göndərmə xüsusiyyəti əlavə olundu...

Birdən çox Gmail hesabı olub Gmailin IOS tətbiqini istifadə edənlər üçün e-poçt göndərilməsi əsnasında istifadə ediləcək göndərən e-poçt ünvanı seçmək fürsəti təqdim edildi. Gmailin standart web brauzerində uzun müddətdir təqdim edilməkdə olan əsas xüsusiyyətlərdən biri nəhayət IOS tətbiqinə gəldi.
Gmailin IOS tətbiqini istifadə edənlər bağladıqları hər hansı bir e-poçt hesabları üzərindən e-poçt göndərmə və ya gələn e-poçtlara cavab vermə imkanına sahibdir. Bu xüsusiyyətin maraqlı tərəfi isə, hər hansı bir tətbiq yeniləməsinə ehtiyac duymadan işləməsidir. O cümlədən eyni xüsusiyyət Gmailin HTML5 əsaslı veb tətbiqində də açılmış vəziyyətdədir. Bu xüsusiyyətin əlavə olunmasıyla birlikdə Applenin standart Mail tətbiqindən əl çəkə bilməyənlər üçün Gmail-ə keçməyə razı olmağa yarayacaq yeni bir səbəb ortaya çıxmış oldu.
- 0
- 29 марта 2012, 17:07
- şərh yaz
Android → "Gmail"də səhvlər var

«Gmail»də səhvlər var
«Google» korporasiyası «Android» əməliyyat sisteminin bəzi istifadəçilərinin telefondakı «Gmail» proqramından yararlanmaq istəyəndə ekranın sönüb-yanması ilə qarşılaşdıqlarını etiraf edib.
Bu isə «Gmail»dəki kobud səhvlərin göstəricisidir.
Problem HTC və «Motorola» istehsalı olan bəzi smartfonlarda müşahidə olunur.
«Google» korporasiyası bu gun yaydığı bəyanatda məsələyə aydınlıq gətirib. Korporasiyanın açıqlamasına görə, «Gmail» proqram əlavəsi ilə bağlı proqram «Android 4.0 Ice Cream Sandwich» əməliyat sistemində müşahidə olunmur.
«Google» problemi ən yaxın vaxtlarda həll edəcəyini bildirib.
«Gmail» proqram əlavəsinin yeni versiyasını əldə etmək üçün «Google Play» servisindən yeni versiyanı yükləmək gərəkdir.
- 0
- 24 марта 2012, 18:35
- şərh yaz
Android → Android üçün Gmail yeniləndi

Yeni versiya ilə birlikdə bir çox bug-lar fix olunduğu kimi, yeni xüsusiyyətlər də əlavə olunub. İstifadəçilərin ən çox şikayət etdiyi problemlərdən biri də tətbiqin gərəyindən çox batareya xərcləməsi idi. Ancaq Google bu problemi də tamamilə arada qaldırmış vəziyyətdədir.
Yeni versiya sayəsində artıq labellərə görə, gələn e-poçtun bildiriş musiqi tonunu fərdiləşdirmək mümkündür. Gələn digər yeni xüsusiyyətlərdən bəziləri belədir:
Göndərənlər üçün "Şəkil Göstər" xatırlama xüsusiyyəti
Müraciət üçün daha yaxşı TalkBalk dəstəyi
Performans artımı
Labelə görə bildiriş tonu seçə bilmək
Sinxronizasiya prioriteti
- 0
- 29 июля 2011, 16:21
- şərh yaz



