Android →  Android Ice Cream ilə Google TV, Android smartfonlar və Tablet PC-lər birləşir


Google-un Android Ice Cream planları düşünüləndən də geniş və əhatəli ola bilər. GTVSource saytının qaynaqlarından aldığı məlumatlara görə Androidin gələcək versiyası yalnız Android 2.3 Gingerbread və 3.0 Honeycomb versiyalarını bir-birinə yaxınlaşdırmaqla qalmayacaq, Google TV üçün də xidmət edəcək şəkildə üç kod əsasını tək bir proyektdə birləşdirəcək. Yeni versiyanın 2011 May ayındakı Google I/O konfransında açıqlanmağı gözlənilir.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android əsaslı mövcud heç bir cihaz, Gingerbreaddan yuxarısını görə bilməyəcək (?)


Googlenin Honeycomb koduyla gələcək bir sonrakı Android versiyası haqqında maraqlı bir detal paylaşırıq. Hələ Google tərəfindən rəsmi olaraq təsdiqlənmiş olmamaqla birlikdə, qaynağı uzaq şərqdən olan bir ehtimala görə Android Honeycomb yaxşı işləmək üçün ən aşağı ehtimalla 2 nüvəli Cortex A9 prosessoruna ehtiyac duyacaqmış. Buradakı yməna məhsuldar çalışması olsa da yenə də açıqda qalan çox əhəmiyyətli bir detal var ki, bu məlumat doğru belə olsa, görəsən bu vəziyyət Googlenin qoyacağı və istehsalçıları əməl etməyə məcbur edəcəyi bir məhdudlaşdırmamı olacaq yoxsa yalnız tövsiyə xarakterimi daşıyacaq?

İndidən qəti olan şey budur ki, Honeycomb versiyası xüsusilə tablet PC-lərə istiqamətli hazırlanan bir versiyadır. Onsuz da Andy Rubin də Motorola Droid Xoom tablet PC-ni tanıdarkən bu vəziyyətin üzərində dayanmışdı. Lakin ona verilən sualda 'yalnız tabletlərə istiqamətli olacaq yoxsa smartfonlar üçün də aktiv olacaq?' sualına cavab verməmişdi. Amma hər nə olursa olsun, əgər deyildiyi kimi Honeycomb 2 nüvəyə ehtiyac duyacaqsa, bunun mənası Samsung Galaxy Tab və təbii Nexus S də daxil olmaq üzrə indiki heç bir Android əsaslı ağıllı telefonun mövcud 2.3 Gingerbread versiyasından yuxarı çıxa bilməyəcəyini demək olar. Həmçinin Googlenin də bu sualı cavabsız buraxması suallar doğurur.

Ehtimal olunur ki, CES 2011 əsnasında Google mövzuya aydınlıq gətirəcək.
Paylaş :

Google →  Chrome OS və Android arasındakı əsas fərqlər

Google, əməliyyat sistemləri proyektləri bildiyimiz kimi həm Android həm də Chrome OS -dur. Bəs bu ikisi arasındakı əsas fərqlər nə olacaq.

Google CEO-su Eric Schmidt, «Web 2.0 summit» daxilində bu mövzunu açıqlığa qovuşdurdu. İki əməliyyat sistemi arasındakı əsas fərqlilikləri Schmidtin dedikləri əsasında xülasəyə çevirək:

* Androidin əsas bazarı smartfonlar olmağa davam edəcək, bir tərəfdən də netbook və bir qisim tablet PClərdə istifadəsi davam etdiriləcək. Buna qarşı Chrome OS-un əsas bazarı isə İntel və ARM əsaslı netbooklar olacaq.
* Android sensor (touchscreen) mərkəzli cihazlar üçün hazırlanır, Chrome OS isə netbooklar və buna paralel olaraq laptoplar və PC kimi klaviaturalı cihazlara istiqamətli olacaq. Təbii bu vəziyyət hər iki cihazın da çarpaz konfiqurasiyalarda da istifadə edilmələrinə maneə təşkil etməyəcək.
* Android Marketdə yalnız internet əsaslı applicationlar deyil, cihaza yönümlü müstəqil app.lara da yer verən Androiddən fərqli olaraq, Chrome OS tamamilə veb əsaslı olacaq. Yəni bir növ əməliyyat sistemli veb səyyahı olacaq. Yəni bir növ İnternet əlaqəsindən asılı olacaq.

Çıxışında Schmidt, bir sonrakı Android versiyasının (yəni Gingerbread kodlu 2.3 versiya) bir neçə həftəsi qaldığını söyləyərkən, Chrome OS-un isə önümüzdəki bir neçə ay içərisində çıxacağını ifadə etdi.
Paylaş :