Android → Android 4.0.4 Galaxy Nexus və Nexus S-lərə gəlməyə başladı...

Android 4.0.4'ün yayımı başladı. Google mobil əməliyyat sisteminin ən son versiyasının Android Açıq Qaynaq Layihəsi iştirakçılarına paylanmasından dərhal sonra Galaxy Nexus və Nexus S cihazlarına da 4.0.4 yeniləməsinin paylanmasına başlandığı deyildi.
Android developeri Jean-Baptiste Quero'nun dediyinə görə yeniləmə 4.0.3 'ə nisbətən yüzlərlə dəyişiklik gətirir. Lakin Quero bu dəyişikliklərin detalına girmədi. Nə isə ki, Google bu mövzuda bir az daha dəqiq bir neçə məlumat verdi və yeni update ilə birlikdə qərarlılıq mövzusunda bəzi yaxşılaşdırmalar edildiyini, daha yaxşı kamera keyfiyyəti, ekran istiqamətinin daha düzgün şəkildə dəyişməsi və telefon nömrələrinin tanınması mövzusunda bəzi yaxşılaşdırmalar əlavə olunduğunu bildirib.
Yuxarıda qeyd etdiyimiz kimi Galaxy Nexus və Nexus S-ə Android 4.0.4 göndərilməyə başlandı. Ancaq fərqli bölgələrdəki cihazların yenilikləri tez almasında mobil operatorların təsiri də mühüm rol oynayacaq.
- 0
- 29 марта 2012, 12:53
- şərh yaz
Blog: AndroidAz → Android 4.0 mənbə kodu açılmışdır!

Dünən, Notion Inc şirkətinin CEO'su Rohan Shravan qeyd etmişdir ki, mənbə kodu 17 noyabrda açılacaq. Amma, bu xəbər cənab Rohan Shravan'ın bəyənatlarından daha xoş oldu. Android 4.0 Ice Cream Sandwich mənbə artıq kodu indi açıqdır və hər arzu edən AOSP'dan (Android Open Source Project) yükləyə bilər.
Kodun açılışı haqqında informasiya eyni zamanda bir neçə mənbədə praktik olaraq çıxdı. Ən əsas, Twitter'də Android developerlərin rəsmi hesabında işıqlandırıldı.
( Ətraflı oxuyun )
- +1
- 15 ноября 2011, 14:45
- şərh yaz



