Sosial Media →  Sosial Media-dan son statistikalar


Video Infographs firması 2011-ci ilin sonuna doğru, Sosial Media üzrə statistikalardan ibarət video infoqrafika hazırladı. Statistikada bir sıra maraqlı məlumatlar yer alıb:
İlk olaraq Google ilə Facebook qarşılaşdırılıb. Google-un təkcə axtarış sistemini götürsək, Facebook-un reytinqdə onu keçdiyi vurğulanır.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 1 декабря 2011, 01:24
  • Weboxu
  • 1

Sosial Media →  Online marketingdə Sosial Media və markalar


Şirkətlər və brand-lər üçün Sosial Medianın gücü gedərək daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Ümumiyyətlə Online reklamlara üstünlüyün verildiyi indiki zamanda, bu üstünlüyün böyük bir hissəsini gedərək Sosial Media öz üzərinə götürür. Zamanla isə ümumiyyətlə Sosial Media hesabları — xüsusilə Facebook Page-ləri, Korporativ internet saytlarının yerinə keçməyə başlayır. Bunu görən uzaqgörən, ağıllı brandlar isə özlərini artıq bu platformalarda təbliğ edirlər. Mən də bu sahədəki fikirlərimi və son zamanlardakı müşahidələrimi yazmaq qərarına gəldim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +9
  • 15 ноября 2011, 02:17
  • Shaig
  • 10

İnternet →  Foursquare-də 1 Milyard Check-in

Son zamanlarda Azərbaycanlı istifadəçilərin də diqqətini çəkən sosial şəbəkə dünya üzrə də gedərək daha böyüyür. LBS şəbəkə yeni bir neçə dil daha əlavə etdi. Dil seçimləri arasında rus dili də var.

2009 ilində qurulan Foursquare ötən həftə 1 milyardıncı checkin sayını keçdi. Hal-hazırda Azərbaycanlı istifadəçilərin burada aktivliyi 2009-cu ildə Twitter-dəki başlayan aktivliyə bənzəyir. Smartfonların yayılması ilə servisdən də daha geniş istifadə gözlənilir.

1 milyard Check-in ilə bağlı sayt maraqlı bir video da yayımlayıb:
Paylaş :
  • +2
  • 21 сентября 2011, 16:02
  • Weboxu
  • 2

Blog: KNYAZ →  Obama da Foursquare-ə qatıldı


2012 ABŞ prezident seçkiləri yaxınlaşarkən prezident Obama dünyada ən çox sosial şəbəkə saytlarından istifadə edən lider olmağı planlaşdırır.

Twitter və Facebookdan sonra Obama artıq Foursquaredə də görünməyə başlayıb. Mövcud olduğumuz yeri etiketləyərək dostlarımızla paylaşdığımız və olduğumuz yeri bildirdiyimiz Foursquare özünə məxsus bir istifadəçi kütləsinə sahibdir. Obama artıq olduğu yerləri Foursquare ilə paylaşacaq. Obama belə getsə forumlara da üzv olub səs toplayacaq :).
Paylaş :
  • +1
  • 17 августа 2011, 09:32
  • KNYAZ
  • 3

İnternet →  Amazon serverlərindəki problem saytları çətin vəziyyətə saldı

İnternet saytlarının bir çoxu əsas serverlərindən əlavə, file serverlərinə də sahibdirlər. Fayl serverlərini əsasən bu xidməti göstərən Amazondan təmin edirlər. Əlbəttə bəzi saytların serverləri tamamilə Amazondadır. Dünyanın ən böyük server mərkəzlərindən biridir.
Amazonda yaranmış problem — Amazon’un Elastic Compute Cloud (Amazon EC2) serverlərində, burada yerləşən bir çox saytı pis vəziyyətdə qoydu. Xüsusilə bu servisdən istifadə edən böyük sosial şəbəkələrin açılmamağı gün ərzində müzakirə mövzusu idi. Hətta bəziləri bunu «sosial medianın 11 sentyabrı» adlandırdı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 22 апреля 2011, 02:58
  • Weboxu
  • 4

Facebook →  Facebook Places Azərbaycan üçün də aktivdir.

Facebook-un Places xüsusiyyəti Azərbaycan üçün də aktivləşdi (bunu yazan vaxtı müəyyən müddət ərzində bütün dünyada aktivləşməyə başladığını oxudum).
Mən nəsə Facebook-u applicationdan istifadəni xoşlamıram. Mobil versiyası ( touch.facebook.com/ ) daha yaxşıdır istifadə üçün. Bu gün də mobildən istifadə edəndə, xəbərdarlıqla qarşılaşdım:


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 18 марта 2011, 16:31
  • Shaig
  • 5

İnternet →  FourSquare-ə foto paylaşımı əlavə edilir

Məşhur gəz paylaş application-ı FourSquare xüsusiyyətlərini artıracağını bildirdi. Sistem bundan sonra dəstəkçiləri Facebook və Twitter ilə yarışacaq.
Dünyada çox populyar olsa da Azərbaycanda olduqca kiçik auditoriyası var. Çox kiçik auditoriyası olan sosial platformanın yeniliklərindən sonra istifadə edilib edilməyəcəyi də sual altındadır. Sistemdə istifadəçi burada gəzib yeni yerləri ziyarət etdikcə sistem ona sosial balları verir. FourSquarenin yeni sistemində istifadəçilər yalnız 'mən buradayam' deməklə qalmayacaq olduqları məkanlarla əlaqədar vizualları da paylaşa biləcək.

Yeni Sistem Necə çalışacaq?
Hələlik yalnız iPhone-də qüvvədə olan sistemdə istifadəçilər Facebook və Twitterə bənzər bir səhifədə çəkdikləri fotoşəkilləri paylaşa biləcək.
FourSquare-ə gələn digər bir yenilik isə şərh etmə sistemində edildi. İstifadəçilər bir-birlərinin yüklədiyi fotoşəkillərə şərh edə biləcək. Platformanın məşhurlaşmasını təmin edən Facebook və Twitter inteqrasiyası yeni sistemdə də davam edəcək. Ancaq, Facebook və Twitter üzərindən bu fotoşəkillərə edilən şərhlər görünməyəcək.
Paylaş :
  • +2
  • 22 декабря 2010, 01:37
  • Weboxu
  • 3

İnternet →  Yahoo! Foursquare’i almaq istəyir


Nəsə son zamanlarda satın alma xəbərləri çoxalmağa başlayıb. Hər kəs movqeyini yaxşı təyin etmək istəyir deyəsən. Son zamanlarda işləri düz gətirməyən Yahoo isə deyəsən özünə nəsə bir şey fikirləşmək istəyindədir. Satın almaq qərarlarında gecikən Yahoo bu dəfə irəli düşmək istəyir. Ona görə location əsaslı servis olan Foursquare’i satın almaq istəyir xəbərləri gəzməyə başlayıbdı. Xəbəri Silicon Valley Insider veribdi.
Yahoo indiyə qədər bu satın alma məsələsində hər zaman gecikir. Məsələn Flickri 2005′də 35 milyon dollara satın alan Yahoo!, bununla ağıllı addım atsa da sonrakı dövrlərdə susqun olmuşdu. Hətta Flick üçün xidmət verən Picnik`i almaqda da gecikən Yahoo`nu Google qabaqlamışdı. Bu dəfə deyəsən Yahoo gecikməmək üçün Foursquare’i heç 1 milyon useri olmamış almaq istəyir. Düzdü hələki təklif etməyib. Anacaq təklif etsə inanmıramki satmasınlar. Təqribi bir ildirki sayt açılıbdı. Bir ilə 100 milyonluq sayt olmaq yaxşıdır. Təbii ki saytın dəyəri bundan aşağıdır. Sadəcə Yahoo gələcək üçün almaq istəyir. Həm də Google`un bu il bir çox servisi almaq niyətidə var. Hər an Google bu saytı ala bilər. Görək indi Yahoo təklif edəcək ya yox, Foursquare saytı satacaq ya yox…
Paylaş :

Təhlil →  Bu il location servisləri ön planda olacaq - böyük oyunçular meydana daxil olur


Belə görsənir ki 2010 trendi location (məkan) əsaslı servislər olacaqdı. Bunu yazmağa əsas verən amil isə son zamanlarda oxuduqlarımdır.
İnternetin yüksək inkişaf etmiş yerlərində artıq bu tip social platformalar kifayət qədər populyarlaşıbdılar. Hal-hazırda bu sahədə ən böyük sayt Foursquare.com `dur. Əvvəllər məhdud şəhərlərdə aktiv olan sayt artıq bütün dünyada aktivdir və istifadəsi də getdikcə artmaqdadır. Location məsələsinin belə maraqla qarşılandığını görən böyük saytlar da bu sahəyə yönəlmək qərarına gəliblər.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 12 марта 2010, 17:43
  • Shaig
  • 7