İnternet →  FourSquare-ə foto paylaşımı əlavə edilir

Məşhur gəz paylaş application-ı FourSquare xüsusiyyətlərini artıracağını bildirdi. Sistem bundan sonra dəstəkçiləri Facebook və Twitter ilə yarışacaq.
Dünyada çox populyar olsa da Azərbaycanda olduqca kiçik auditoriyası var. Çox kiçik auditoriyası olan sosial platformanın yeniliklərindən sonra istifadə edilib edilməyəcəyi də sual altındadır. Sistemdə istifadəçi burada gəzib yeni yerləri ziyarət etdikcə sistem ona sosial balları verir. FourSquarenin yeni sistemində istifadəçilər yalnız 'mən buradayam' deməklə qalmayacaq olduqları məkanlarla əlaqədar vizualları da paylaşa biləcək.

Yeni Sistem Necə çalışacaq?
Hələlik yalnız iPhone-də qüvvədə olan sistemdə istifadəçilər Facebook və Twitterə bənzər bir səhifədə çəkdikləri fotoşəkilləri paylaşa biləcək.
FourSquare-ə gələn digər bir yenilik isə şərh etmə sistemində edildi. İstifadəçilər bir-birlərinin yüklədiyi fotoşəkillərə şərh edə biləcək. Platformanın məşhurlaşmasını təmin edən Facebook və Twitter inteqrasiyası yeni sistemdə də davam edəcək. Ancaq, Facebook və Twitter üzərindən bu fotoşəkillərə edilən şərhlər görünməyəcək.
Paylaş :
  • +2
  • 22 декабря 2010, 01:37
  • Weboxu
  • 3