Mobil Texnologiya → Adobe, mobil cihazlara istiqamətli Flash dəstəyini sona çatdırır!

Adobe, mobil cihazlara istiqamətli Flash Player-in developunu sona çatdırdıqlarını açıqladı. Flash Player 11.1-in istifadəyə verilməsindən sonra artıq bu istiqamətdə yeniliklər etməyəcəklərini bildirdilər. Bundan sonra ancaq kritik xətaları düəltmək və ya hər hansı təhlükəsizlik problemi olduqda yeniləmələr edəcəklərini dedilər. Android və RİM-in Playbook-larında bundan sonra ancaq son versiyalar işləyəcək.
( Ətraflı oxuyun )
- 0
- 10 ноября 2011, 02:28
- 3
Microsoft → Windows 8 planşetlərdə də Flash dəstəyi olmayacaq

Microsoft əzəli rəqibi Apple-ın izindən gedir. Apple-ın çıxardığı heç bir mobil cihazda dəstəkləmədiyi Flash fayllarına bir zərbə də Microsoftdan gəldi. Bu qərar web texnologiyalarında bir dövrün sonu ola bilər.
Apple-ın çıxardığı cihazlara Flash dəstəyi qoymaması davamlı müzakirə edilən bir mövzu olmuşdur. Flash yerinə HTML5 texnologiyasını dəstəkləyən Apple-ın yanında artıq Microsoft da var. HTML5-in bu qədər tez yayılmağına bəlkə də ən böyük səbəblərdən biri məhz Apple-ın izlədiyi yol oldu. Microsoftun Flash-a dəstək verməməsi isə bir növ Flasha rəqib sistemi olan Silverlight-a görə ola bilər. Səbəb nə olursa olsun, nəticə eynidir.
Microsoftdan edilən rəsmi bir elan ilə Windows 8-in içindəki Metro stil Uİ-də İnternet Explorer 10-un Flash fayllarını oxutmayacağı bildirildi.
Bu halda Apple-ın iPad modelləri ilə Windows 8 yüklü satılacaq digər markaların planşet cihazlarında Flash faylları oxudulmayacaq. Hələki təkcə Android OS-li cihazlarda Flash dəstəyi olacaq.
Windows 8-in destkop versiyasındakı İnternet Explorer 10-da isə Flash dəstəyi davam edəcək.
- +1
- 16 сентября 2011, 14:10
- 3
Android → Adobe Flash player 10.2 martın 18-də Android üçün gələcək

Adobe Flash Player 10.2-nin Android platforması üçün bu həftə etibarilə yeni versiyası çıxacaq. Adobe-un açıqlamasına görə 10.2 versiyası 18 Mart Cümə günü Android Market üzərindən istifadəyə veriləcək.
( Ətraflı oxuyun )
- 0
- 14 марта 2011, 23:59
- şərh yaz
Opera → Opera həm Flash həm də HTML5 dəstəkləyəcək
Operanın cib telefonları üçün inkişaf etdirdiyi məşhur internet browseri Opera Mobile-ın yeni versiyası artıq həm Flash həm də HTML5 dəstəkləyəcək. Firma, təyin etdiyi yol xəritəsi daxilində bu planı tətbiqə keçirəcəyini rəsmi blog-unda qeyd edib.Şirkətin açıqlamasında: «Yeni texnologiyalarla birlikdə Flash istifadəsi get-gedə azalsa da uzunca bir müddət fəaliyyətini itirməyəcək. Əgər telefonunuzda yüklüdürsə, Opera bunu dəstəkləməyə davam edəcək.»
Opera destkop versiyada istədiyi uğuru əldə edə bilməsə də, mobil bazarda kifayət qədər yüksək uğur əldə edib. Hər bir smartfon əməliyyat sistemləri üçün xüsusi buraxılışları var və mütəmadi yeniləmələri də edir. Opera əgər Flashı Skyfire kimi, telefonda qurulu olmadan da dəstəkləsə idi, rəqibsiz olardı.
- +1
- 8 декабря 2010, 17:21
- şərh yaz
Texnologiya → Skyfire ilə iPhone-da flashları işlədə bilmək olacaq

Applenin notebooklar xaricində daşına bilər heç bir modeli flash dəstəkləmir (iPod, iPhone, iPad). Apple bu mövzuda demək olar ki, heç bir addım atmır. Ancaq 3-cü tərəf cihazlardan biri buna öz bacardığı qədər çarə tapmağa çalışıb
SkyFire adlı app, sabah Amerikan App. Store-da 2.99 dollar qiymət etiketiylə satışa çıxacaq. Tətbiqin məqsədi cihazlara flash dəstəyi gətirməkdir. Tək başına işləməyəcək olan tətbiq altda Safari ilə birlikdə çalışacaq. Beləcə Safaridə flash dəstəkli bir saytı görmə imkanı doğuracaq.
( Ətraflı oxuyun )
- +1
- 4 ноября 2010, 00:37
- 4
Oxatan → Keyfiyyətsiz banner reklamları
Bu gün -da -in ənənəvi reklamlarından birini gördüm. Əksərən reklamların keyfiyyəti normal vəziyyətdə olurdu. Bu dəfə isə heç gözə xoş gəlmədi. Bannerdə pixellər bilinir. Əslində bu cür bannerlə ilk dəfə deyil rastlaşdığım. Kifayət qədər böyük imicə malik şirkətlərin belə keyfiyyətsiz bannerləri reklam üçün təsdiqləməsi başa düşülməzdi. Adama lap pulsuz proqramlarda düzəldilmiş, basic bannerləri xatırladır.
( Ətraflı oxuyun )
- +3
- 6 июня 2010, 18:23
- 12
Təhlil → HTML5 və Flash

Əvəllər düşünməzdim ki, HTML ilə Flash-ı bir-biri ilə qarşılaşdırmaq məntiqli gəlsin. İndi isə aktual qarşılaşdırmalardan biridir. Xüsusi ilə `ın öz məhsullarında onu dəstəkləməməsi məsələni lap qızışdırır. İndi texnologiyada hər kəs Flasha qarşıdır kimi bir fikir formalaşmağa başlayır məndə. İlk olaraq S.Jobs — Apple, Flashı tərk etdi. Öz açıqalamarında Flashı dəstəkləməmə səbəblərinin başlıca olaraq texnoloji tərəfdən geri qaldıqlarını, sürət və təhlükəsizlik problemləri olduğunu göstərdi. Əvəzinə HTML5-i məsləhət görür. iPad və iPhone-larda artıq flasha icazə yoxdur…
isə hələki məsələdə tərəf tutmur (ya da mən qarşılaşmamışam). Hər iki formatı dəstəkləmək fikrindədir.
təmsilçiləri isə HTML5-in tərəfdarıdır. Deyirlər ki, Flash-sız web olmaz, ancaq gərək Flash özünü təkmilləşdirə. İndi kifayət qədər problemləri var.
( Ətraflı oxuyun )
- +2
- 9 мая 2010, 01:09
- 19
Qwerty.az →
PHP-də verilənin MySQL-dən Flash-ə və əksinə ötürülməsi
Flash-dən Mysql-ə və əksinə verilən ötürmək zərurəti veb-də flash applicationlardan istifadə edən hər bir proqramçıya lazım ola bilir.(flash oyun, flash test və.s.-lərdə registration, highscore və.s.-in bazaya yazılması və ordan oxuması). Bunun üçün bir neçə üsulla rastlaşmışam indiyədək, mən öz istifadə etdiyimi, özüm düzüb qoşduğumu paylaşıram.
- 0
- 24 октября 2009, 12:22
- şərh yaz



