Mozilla →  Firefox 4 "Android" çıxdı


Ötən həftə kompüterlər üçün nümayiş olunan Firefox 4-ün final versiyası indi də Android əməliyyat sistemli mobil cihazlar üçün istifadəyə hazırdı.

Mozillanın Android platformasına istiqamətlənərək hazırladığı brouser əvvəlkilərinə nisbətən daha yaxşı göstəricələrə malikdir. Bölməli interfeys sayəsində artıq tabları asanca idarə edə biləcək olmağımızla bərabər, sıx istifadə etdiyimiz saytların da əlimizin dərhal altında olması internetə gəzintimizi sürətləndirəcək. Personas xüsusiyyəti sayəsində öz zövqümüzə uyğun şəkildə uyğunlaşdıra biləcəyimiz görünüş, mobil əlavələr, .pdf formatında yazılma asanlığı və sürətli paylaşma xüsusiyyəti ilk baxışda saya biləcəyimiz yeniliklərdəndir. Eyni zamanda kompüterlərinizdəki FireFox-la da inteqrasiyalı işlətmək imkanı var.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 30 марта 2011, 13:38
  • Weboxu
  • 3