Blog: hatams →  "Firefox with Bing" layihəsi. Microsoft və Mozilla arasında yeni əməkdaşlıq.



Microsoft və Mozilla şirkətləri "Firefox with Bing" layihəsinə start verir. Bu layihə daxilində Firefox brauzerinin məxsusi versiyası təqdim olunacaq. Razılaşmaya əsasən Bing.com səhifəsi brauzerdə ana səhifə kimi, Bing axtarış sistemi isə, əsas axtarış saytı kimi təqdim ediləcək.

Bing layihəsinin nümayəndəsi Tor Şteynerin deyib ki, "Əsas məqsədimiz Bing sisteminin həvəskarlarına yeni imkanlar yaratmaqdır. Firefox çox populyar brauzerdir və əməkdaşlığımızın faydasına inanırıq."



( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 30 октября 2011, 09:05
  • hatams
  • 5

İnternet →  Azərbaycan İnterneti 2011-ci ilin ilk yarımili: Statistikalar, Brouserlər - Opera liderdi

2011-ci ilin ilk yarım ili arxada qaldı. Düşünürəm ki, ilk yarımildə dəyişənlər barədə bir qədər araşdırma etmək olar. Əslində hadisələri baş verdiyi ardıcıllıqla onsuz da yazırıq. Ancaq olanlar barədə bir qədər müqayisəli və ətraflı yazmaq da olar. Texnologiya dayanmadan inkişaf edir və 6 ay əvvəli ilə indiki zaman arasında təəccüblü statistik göstəricilər də rast gəlmək mümkündür. Hesab edirəm ki, ilin sonuna doğru da belə hallar olacaq. Əvvəl bu yazını bir başlıq altında yazmağı qərarlaşdırsam da, sonradan yazının gedərək uzanmağına görə, hissələrə bölmək qərarına gəldim.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 12 июля 2011, 21:57
  • Shaig
  • 1

Mozilla →  FireFox 5 rəsmi olaraq istifadəyə verildi


Mozilla əvvəlki versiyasıdan cəmi 2-3 ay sonra yeni Firefox 5 versiyasını rəsmi olaraq istifadəyə verdi. Bir neçə gündür ki, firefox 5 Mozilla-nın FTP-lərindən endirilə bilirdi. Artıq saytdan rəsmi şəkildə endirilmə linkini də görmək olur. Bir əvvəlki versiyanın çıxışıyla birlikdə Mozilla, Google Chrome tərzi bir update modelinə keçəcəyini açıqlamışdı. Əvvəl istifadəçilər yeni versiyalar üçün uzun müddət gözləməli olurdu. Bu da Chrome-a gedərək uduzmağı ilə nəticələnirdi. Beləliklə yeni xüsusiyyətlərin böyük versiyanı gözləməsinə gərək qalmayacaq, yeni xüsusiyyətlər daha kiçik paketlər halında, hazır olduqları anda nəşr olunacaq. Planlara görə hər altı həftədə bir yeni bir Firefox versiyası çıxacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google-un dəstəyini çəkəcəyi növbəti brouser versiyaları


Firefox 3.5, IE7Safari 3 növbəti brouserlərdir.

Keçən il Microsoftun veteran brouseri IE6-dan dəstəyini çəkən Google, bu səfər bir sonrakı nəsil brosuerləri hədəfə aldı.

1 Avqust tarixində Firefox 3.5, IE7 və Safari 3-dən dəstəyini çəkəcəyini açıqlayan Google, bu versiyalardan sonrakı versiyalara sahib brouserləri dəstəkləyəcək.
Google-un dəstək çəkmə səbəbi olaraq bir çox veb tətbiqinin köhnə brouserləri dəstəkləməməsi ehtimal edilir.
Paylaş :
  • +2
  • 2 июня 2011, 16:58
  • Weboxu
  • 1

Mozilla →  Firefox 5-dən ilkin məlumatlar


Firefox 4 hələ təzə çıxmasına baxmayaraq Firefox 5 haqqında məlumatlar yayılmağa başlayır. Bildiyimiz kimi Mozilla brouseri çox daha sıx aralıqlarla update etmək qərarı almışdı. Beləliklə də, inkişafla ayaqlaşacaq və Chrome qarşısında da mövqeyini qoruyacaq.

Firefox 5-in məlum olan bəzi yeni xüsusiyyətlərini:

( Ətraflı oxuyun )
Paylaş :

Mozilla →  Firefox 4 "Android" çıxdı


Ötən həftə kompüterlər üçün nümayiş olunan Firefox 4-ün final versiyası indi də Android əməliyyat sistemli mobil cihazlar üçün istifadəyə hazırdı.

Mozillanın Android platformasına istiqamətlənərək hazırladığı brouser əvvəlkilərinə nisbətən daha yaxşı göstəricələrə malikdir. Bölməli interfeys sayəsində artıq tabları asanca idarə edə biləcək olmağımızla bərabər, sıx istifadə etdiyimiz saytların da əlimizin dərhal altında olması internetə gəzintimizi sürətləndirəcək. Personas xüsusiyyəti sayəsində öz zövqümüzə uyğun şəkildə uyğunlaşdıra biləcəyimiz görünüş, mobil əlavələr, .pdf formatında yazılma asanlığı və sürətli paylaşma xüsusiyyəti ilk baxışda saya biləcəyimiz yeniliklərdəndir. Eyni zamanda kompüterlərinizdəki FireFox-la da inteqrasiyalı işlətmək imkanı var.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 30 марта 2011, 13:38
  • Weboxu
  • 3

Mozilla →  Mozilla FireFox 4 rəsmi olaraq çıxdı


Firefox 4′ün Windows, Mac və Linux üçün versiyalarının endirmə linkləri dünəndən internetdə yayılmışdı. Yəqin ki, bir çox istifadəçi artıq endirib istifadə edirlər. Rəsmi reliz də artıq gerçəkləşdi. FireFox 4 uzun müddətli gecikmələrdən sonra nəhayət endirməyə hazırdır.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 23 марта 2011, 00:42
  • Weboxu
  • 2

Mozilla →  Firefox 4.0-ın çıxış tarixi müəyyən oldu

Mozilla Mühəndislik Direktoru Damon Sicorenin verdiyi məlumatlara görə, Firefox 4.0 Fevral ayı bitmədən hazır olacaq. Yeni browser üzərində gərgin iş davam edir.

Hələ də üzərində çalışılan Firefox 4.0-ın qarşısında 160 ədəd mühüm bug-ın dayandığını söyləyən Sicore, içində olduqları yüksək iş tempini davam etdirmələri halında önümüzdəki 6 həftə içərisində bütün bug-ların fix edilə biləcəyini ifadə etdi.
Paylaş :
  • +4
  • 13 января 2011, 02:09
  • Weboxu
  • 11

Təhlil →  Azərbaycanda browserlərin statistikası: Statcounter 2010


Mətbuatda oxuduğumuz kimi, brouser bazarında Explorer artıq öz mövqeyini itirir. StatCounter-a görə Avropada ümumiyyətlə liderliyi əldən verib. Dünyada isə kəskin azalma olmağına baxmayaraq hələki birinciliyini qoruyur. Ancaq kifayət qədər azalmaları var.
2009-un dekabr ayında bazarın 55.72%-ni tutan Explorer 2010-cu ilin eyni ayında 46.94%-ə geriləyib.
FireFox-da da az geriləmə var 31.97%-dən 30.76%-ə geriləyib. Ən çox diqqəti çəkən isə Chrome-dur. Demək olar ki Explorerin bazar payını tamamilə Chrome yeyir. 5.45%-dən 14.85%-ə qalxıb. FireFoxun son zamanlarda Chrome-a qarşı sürətdə uduzması olmasa idi bəlkə də Explorerin bazar payından FireFox da alardı. Amma həm Google-un öz saytlarında Chrome-u təbliğ etməyi, həm də keyfiyyətinin artımağı onu bazarda mühüm oyunçu edib. Yəqinki 2011-ci ildə bu 3 brouserin — İ.E. Firefox və Chrome-un yarışını izləyəcəyik. Bu artım faizi ilə getsə gələn ilin sonunda Chrome liderlik üçün Firefoxla mübarizə apara bilər.
Bazarda stabil oyunçu olan Safari və Opera-da olduqca cuzi artımla öz mövqelərini qoruyurlar:

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 6 января 2011, 16:00
  • Shaig
  • 5