İnteraktiv Marketinq →  Facebook -da rekord sayda şərh yığmış Azərbaycan şirkəti

Bir statusda 6 mindən çox şərh yazılmağın səbəbi sən demə qeyri-adi viktorinadır.
Yarışın qaydalarına əsasən aşağıda göstərilən ünvana daxil olub sadəcə bir şərh yazıb 3G dəstəkli müasir telefon qazanmaq mümkündür. Bircə şərt var: yazılan şərh sonuncu olmalı və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamalıdır.

( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Facebook Page-i üçün xüsusi tab

Facebook artıq günümüzdə bir çox digər sosial hadisələrlə birgə marketinq üçün də aktiv istifadə edilən bir alətə çevrilib. Azərbaycandan da böyük şirkət və markalar bundan məharətlə istifadə edirlər. Məsələn Azercell, Unibank, Nexus.
Bu marketinq və PR vasitəsini isə bəzi şirkətlər öz istəklərinə uyğun dəyişdirirlər. Məsələn: Porsche, Starbucks, Coca-Cola.
Bunun üçün əsas olaraq Facebook-un FBML adlanan sistemindən sıx istifadə etmək lazım olur. Yüngül olaraq bir balaca yoxladıq və alındığını gördük. Əvvəl daha geniş ekran genişliyi və imkanı var idi. Ancaq avqustun 23-dən etibarən Facebook bir sıra məhdudiyyətlər gətirib. Buna baxmayaraq yenə də səhifəni istəyə uyğun müəyyən qədər dəyişmək mümkündür.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 4 сентября 2010, 00:18
  • Shaig
  • 7

Weboxu →  WebOxu sosial alətləri

Google Buzz çıxandan sonra bloqlardakı sosial paylaşım saytlarının sırasına dərhal əlavə edildi. Bizdə dedik ki, bu ənənəni pozmayaq, bloqda Google Buzz iconunu yerləşdirək. Yəni Twitter, FriendFeedFacebook`un sırasına Google Buzz da qoşuldu. Artıq yazıları Buzz vasitəsi ilə də bölüşməyin yolunu sadələşdirdik. Əl gəzdirərkən Facebook paylaşımlarının və ReTweet`lərin sayınıda göstərən əlavələri etdik.

Bundan başqa Facebook fan səhifəsini də aktiv hala gətirdik. İndiyə qədər Twitter üzərindən @weboxu`nu izləmək mümkün idi. Eyni zamanda Friendfeed hesabımız da aktiv idi.
İndi Facebook səhifəsini ziyarət edib, fanı ola bilərsiniz. Eyni zamanda Facebook fanlarının sayını göstərən və bloq üzərindən fan olmağınızı asanlaşdıran qutucuğu da bloqun sağ sidebar`ında görə bilərsiniz.
Paylaş :