Facebook →  "Facebook Comment" plugini mobil platformalarda

Facebook-un internet saytları üçün şərh qutusu (Facebook Comment) artıq mobil cihazlarda da istifadə edilə biləcək.

Facebook şərh qutusunu sayta əlavə etmək də çox sadədir. Facebook şərh qutusunu normal veb saytınız aktivləşdirməyiniz kafidir. Şərh qutusu mobil saytlar üçün avtomatik olaraq yüklənəcək.

Facebook-un bu şərh pluginin istifadəsi insanların müəyyən qismi tərəfindən müsbət olaraq qiymətləndirilir. Beləcə istifadəçilərin şərh yazmağını daha asanlaşdırdığı fikri yürüdülür. Həm də şərh olunan mövzular, şərhçinin dostları da gördüyündən mövzu barədə daha çox insanın xəbəri olur. Bir digər qisim insanlar isə bu plugin sayəsində anonim şərh etmək istəyən istifadəçilərin şərhdən yayındığı və beləcə mövzuya olan bütün fikirlərin bildirilmədiyini qeyd edirlər.

Facebook Comment pluginindən istifadə etmək üçün aşağıdakı keçiddən istifadə edin:
https://developers.facebook.com/docs/reference/plugins/comments/
Paylaş :