Facebook →  Facebook Ticker-da da Reklamlar olacaq


Facebook, uzun müddətdir saytdan gələn reklam gəlirlərini artırmaq üçün məşğul olur. Bunun nəticəsində reklam strategiyalarını ya dəyişdirir ya da strategiyalarına davamlı yeni üsullar əlavə edir.

Facebook nümayəndəsi Annie Ta, ClickZ adlı internet saytına yazdığı emaildə Facebookda sağ üstdəki ticker-da sponsorlu elanları nəşr edəcəklərini bildirib. Bu sayədə Facebook istifadəçilərinin özlərinə daha əlaqədar reklamları görəcəyini bildirən Ta, Facebookdakı reklam bağlılıq nisbətinin iki dəfə çoxalacağını bildirdi.

Uzun müddət reklamsız fəaliyyət göstərən sosial şəbəkə sürətli şəkildə gəlirlərini artırmaq üçün yeni reklam modelləri çıxardır. Ticker-dakı reklamlar isə belə görünür ki, Twitter-dəki promoted tweetlərdən ilham alınaraq edilib.
Paylaş :

Blog: RMehbaliyev →  Facebook internetdə Azərbaycandilli məzmunun yaranmasına mane olur?

Azərbaycanda son illər ərzində Facebook sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür:

1. Forumların azalması. Azərbaycanda cəmi bir neçə il öncə kifayət qədər aktiv forum var idi və Google-da nəsə axtaran zaman daha əvvəl bir çoxlarının artıq bunu hansısa forumda soruşduğunu və bizim üçün də yarayacaq cavabı aldığının şahidi ola bilərdik. İndi isə insanlar adətən bunu öz Facebook statuslarında və ya müvafiq Facebook səhifələrində və qruplarında soruşub cavab tapırlar. Lakin məlumdur ki, daha sonra eyni sual kimdəsə yaranarsa, o həmin cavabdan istifadə edə bilməyəcək, çünki Google-da axtarış zamanı Facebook-dakı yazışmalar çıxmır və axtaran adam daha əvvəl həmin suala verilmiş cavabı görməyəcək. Eləcə də müxtəlif müzakirələrin forumlarda yox, Facebook-da aparılması Azərbaycandilli forumların zəifləməsinə səbəb olur.

2. Bloqların lazımi sürətlə artmaması. Bloqların sayı Azərbaycanda artsa da, qeyd etməliyik ki, bir çox hallarda Facebook-da qeyd (Note) funksiyası istifadəçiləri şəxsi bloqlarını yaratmaqdan daha çox onu elə çox asanlıqla Facebook hesabları ilə qeyd şəklində yazaraq paylaşmağı üstün tuturlar. Facebook-da qeyd funksiyası olmasaydı, bloqlarımızın sayı daha sürətlə artardı. Bu tipli yazıların bloqda yazılması həm də ona görə faydalıdır ki, hamı üçün baxmaq imkanı var və Google-da axtarışlar zamanı nəticələrdə görünür.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook Ads`də Azərbaycan üçün reklam vermək aktiv oldu

Facebook`un reklam xidmətləri artıq Azərbaycan üçün də aktivdir. İndiyə qədər bütün dünyada aktiv olan bu xidmət Azərbaycan üçün açıq deyildi. Ancaq bu gündən etibarən həmin bu xidmətdən Azərbaycan üçün də targeting imkanı olacaq. Bunun bir çox üstünlükləri var. Facebook da hər kəs öz məlumatlarını maksimum şəkildə doğru doldurur. Bu isə o deməkdirki siz öz reklamınızı göstərməyiniz üçün lazım olan auditoriyanı maksimum dərəcədə filter edə bilərsiniz. İstəyirsiniz xanımlara və ya təkcə bəylərə göstərə bilərsiniz. Onun təhsli səviyyəsini filter edərsiniz yada danışdığı dilə uyğun reklam edə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 12 апреля 2010, 19:07
  • Shaig
  • 18