Tədbirlər → Facebook F8 İstanbul qeydləri [foto]

İştirak ikinci tədbir Facebook-un tədbiri idi — . Tədbir Summitdən bir gün sonra baş tutdu. Summitdə iştirak edən Facebook komandası növbəti gün öz eventlərini keçirirdilər. Tədbir İstanbulda, keçirildi (keçmiş Galatasaray adası). Azərbaycan-dan tədbirdə 5 nəfər var idi. Tədbir üçün yerlər məhdud idi, biz də əvvəldən qeydiyyatdan keçmişdik.
Bu tədbirdən də görünür ki, Facebook Türkiyə bazarına çox əhəmiyyət verir. Statistikalara nəzər salsaq, Türkiyədən Facebooka qeydiyyatlı 30 milyondan çox istifadəçi var. ABŞ-dan sonra Türkiyə, Birləşmiş Krallıq ilə eyni əhəmiyyətə malikdir. Hər nə qədər İndoneziya və Hindistanın üzvləri daha çox olsa da, alıcılıq qabiliyyəti və bazarın maddi gücünə nəzər salanda həmin iki ölkənin əhəmiyyəti nisbətən azalır.
( Ətraflı oxuyun )
- +5
- 27 октября 2011, 01:42
- şərh yaz



