Mobil Texnologiya →  Ericsson-suz ilk Sony-nin adı Xperia S oldu


Sony-nin Ericsson-dan ayrıldıqdan sonra, öz adı ilə bazara çıxaracağı ilk ağıllı telefon Sony Xperia S, dünən Las Vegasda təşkil edilən CES 2012 Sərgisində tanıdıldı.
Xperia NXT (Gələcək Nəsil) silsiləsindən olan Xperia S, 1.3 GHz cüt nüvəli prosessor və 32 GB daxili yaddaşa sahib. 12 MP-lik arxa kameranın olduğu ağıllı telefonun ön qisimində də 1.2 MPlik bir kamera var. Xperia S, 128 x 64 x 10,6 mmlik ölçüyə və 144 qram ağırlığa sahib olacaq. Ağıllı telefonun 4.3 düymlük sensorlu ekranı, Mobilə Bravia Engine texnologiyasına və 1280 x720 həllolma əmsalına sahibdir.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Sony və Ericsson şərikliyi rəsmi olaraq bitdi


Bu barədə ayın əvvəlindən söz-söhbət gedirdi. Blogumuzda da bu haqda məlumat verilmişdi.
Businessweekin xəbərinə görə, İsveç mənşəli telekommunikasiya nəhəngi Ericcson şirkəti «Sony Ericsson»dakı, 50%lik payını ortağı Sony-ə sataraq ortaqlıqdan çəkilir. Bunun mənası isə odur ki, Sony bundan belə yola tək başına davam edəcək.

1.05 milyard dollar qarşılığında Ericssonun hissələrini alacaq və bütün idarəni əlinə keçirəcək olan Sony razılaşma daxilində kabelsiz cib telefonu texnologiyalarına aid 5 vacib patent ailəsinin də sahibi olacaq.

İki firma arasındakı razılaşmanın Yanvar 2012-ci il etibarı ilə tamamlanıb, həyata keçirilməsi gözlənilir. Sony xüsusi ilə Android əməliyyat sistemli telefonlarla bazarda vəziyyətini yaxşılaşdırmağa başladı. Bundan baxşaq Android əsaslı media playerlər də istehsalına güc verib.

Bir az keçmişə nəzər salaq:

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Sony smartfon istehsalına Ericsson olmadan davam etmək istəyir (?)


Wall Street Journalın xəbərinə görə Sony, Ericsson ilə 2001-ci ildən bəri davam edən və yalnız mobil telefon üzərinə olan şərikliyini bitirmək üzrədir. Dünyanın altıncı ən böyük mobil telefon istehsalçısı mövqeyində olan Sony Ericsson ilə əlaqədar Yapon istehsalçının yeni strategiyası, bu şəriklikdəki Ericsson hissələrinin hamısını satın alaraq öz içində əməliyyata davam etməkdir.

Sony, Ericssonun payını alaraq gələcəkdəki cihazlarında Sony planşetlər və daşına bilən oyun konsolları ilə daha inteqrasiyalı bir yol izləyəcək kimi görünür. Wall Street Journalın söylədiyinə görə satın alma tamamlanmaq üzrədir. Bu şəriklikdəki Ericssona aid mobil texnologiya patentlərinin dəyərinin 1,3 milyard dollar elə 1,7 milyard dollar arasında olduğu ifadə edilir.
Paylaş :

Mobil Texnologiya →  Mobile World Congress Barcelonada başladı


Bu gün Mobile World Congress 15 fevral 2009-cu ildə Barcelonada başlayıbdı. Hətta bu konqressdə Azərbaycan nümayəndə heyyəti də iştirak edibdi. Bu konqressdə mobil texnologiyalar tanıdılır. Bu ilki konqressdə əsas diqqət Windows Phone 7'nin üzərində idi. Yeni məhsul deyəsən uğrulu kimi görünür. Videosuna baxaraq bir fikrə gəlmək olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 16 февраля 2010, 00:42
  • Shaig
  • 6