Google →  Google`un 4-cü ayda 5-ci satın alması

Google, ən böyük rəqiblərindən biri olan Apple`ın yeni «oyuncağı» iPad`ı satışa çıxardığı ərəfədə böyüməyə davam edir. Böyük balığın kiçik balığı udmağı misalı olaraq video servislərindən biri olan Episodic`i satın aldı. Episodic`də video paylaşımla birlikdə canlı yayımları mobil və web cihazlarına çatdırmaq imkanı var. Belə görsənir ki, Google Youtube`a olan marağını daha da artırmaq niyətindədir. Youtube dünya üzrə axtarışlara görə Google`dan sonra ən çox query göndərilən saytdır. Google`da bu imkandan yararlanmaq istəyir və video paylaşımında həm öz mövqeyini gücəndirəcək həm də yeni texnologiyalar tətbiq edəcək. Bu satın alma məndə başqa bir fikir də formalaşdırır. Deməli uzun müddətdir Google Youtube`dan xeyir əldə etmir deyilənləri həqiqət deyilmiş. Bu sahədə nəsə xeyir olmasa Google ikinci belə video saytını satın almazdı. Yəqin ki bundan sonra Youtube üzərindən canlı yayımları izləmək imkanımız olacaq.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 6 апреля 2010, 02:04
  • Shaig
  • 5