İnteraktiv Marketinq → Elnur Baimovdan uğurun sirri

-Onlayn layihələrinizdən qabaq hansı işlərlə məşğul idiniz və niyə bu sektora keçdiniz?
— Mən bu layihələrlə məşğul olanda bu işlə heç kim məşğul olmurdu. 1998-ci ildə saytı ilə başladıq. O vaxtın ilk saytlarından biri idi. Sonra, 2003-cü ildə açıldı. Bizim ilk iri xəbər portalımız idi. Sonra davamlı olaraq başqa layihələrimizi üzə çıxartmağa başladıq. Niyə mən bununla məşğul olmağa başladım. Çünki hesab edirəm ki, informasiya texnologiyaları insanları gələcəyə aparan yoldur. İntellektual layihələr məni həmişə cəlb edib.
-Azərbaycanda ilk olmusunuz?
— Deyə bilmərəm ki, ilk olmuşam. Amma uğurlu layihələrin əksəriyyəti bizim şirkətə məxsusdur. Ən çox layihələri də biz etmişik.
-İşə başlayanda əmin idiniz ki, uğur əldə edəcəksiniz?
— Yox. Amma özümə və komandama inanırdım. Heç vaxt uğur əldə edəcəyinə öncədən əmin ola bilməzsən. Min cür hadisə baş verə bilər. Planlar alt-üst olsa da, peşəkarlıq sayəsində sudan quru çıxmaq mümkündür. Azərbaycanda indi peşəkarların sayı çox azdır.
( Ətraflı oxuyun )
- 0
- 13 июня 2011, 17:29
- 17
İnternet → Azərbaycandan Ermənistana, ermənicə xəbər var!

`ın keçmiş rəhbəri Elnur Baimovdan daha bir proyekt var. Bir müddət əvvəl və kimi yeni proyektləri ilə internet sferasına yenidən qayıtmışdı. Bu gün isə daha bir maraqlı proyektini gördüm. Bu erməni dilində xəbərlər verən saytıdır. Ermənicə bilmədiyim üçün, saytda nələr baş verdiyini deyə bilməyəcəm. Ancaq sloganının ingiliscə yazısından belə başa düşürəm ki, Azərbaycandan Ermənicə xəbərlər yayımlayacaq. Saytda ingiliscə gözümə dəyən linklərdən About`a klikləyəndə isə heç nə açılmadıki oxuyam məlumatlanam. Əgər açılsa şərhdə yazaram. Nəsə belə qəribə proyektin bizə lazım olub-olmadığı mübahisəlidir. Hər halda bunun maliyyələşməsi filanı nədən olacaq? Yazılar və dil məsələsi necə həll olunur? Bunlar artıq qaranlıq qalan məqamlardır.
Ümid edirəm ki, xeyirli bir resurs olar.
- +2
- 1 марта 2010, 12:12
- 21



