Texnologiya →  Azərbaycanın nümayəndə heyəti milli “Elektron məktəb” modelini beynəlxalq səviyyədə təqdim edəcək

Press-reliz: Azərbaycanın nümayəndə heyəti 2011-ci ilin 15-16 sentyabr tarixlərində Kazan şəhərində keçiriləcək “Elektron məktəb – 2011” adlı birinci beynəlxalq konfransda iştirak edəcək. Konfrans Tatarstanın Təhsil və Elm Nazirliyi və İntel korporasiyası tərəfindən təşkil edilmişdir.

Azərbaycanı konfransda Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və Veb məzmunun inkişafı şöbəsinin müdiri Ayaz Abuşov, İntel korporasiyasının təhsil proqramlarının əlaqələndiricisi Teymur Məmmədov, Microsoft Azerbaijan şirkətinin təhsil proqramlarının əlaqələndiricisi Emin Axundov, Ultra şirkətinin elektron təhsil şöbəsinin rəhbəri Sərxan Məmmədov təmsil edəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Təhsil naziri: İKT-nin təhsildə tətbiqi son 5 ildə əsas uğurlarımızdan biridir

Press-reliz: İnformasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi son 5 ildə əsas uğurlardan biridir. Bu haqda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov təhsilin informasiyalaşdırılmasına həsr olunmuş tədbirdə bəyan etmişdir. Onun sözlərinə görə, təhsilin informasiyalaşdırılmasında ən vacib məsələlərdən biri də müəllimlərin İKT üzrə tətbiqi biliklərinin artırılmasıdır. M.Mərdanovun sözlərinə görə, müəllimlərin treninqlərdən keçməsi onlara İKT vasitəsilə tədrisi daha effektiv qurmağa imkan verir. Nazir təhsil işçilərinin İKT üzrə biliklərinin təkmilləşdirilməsində təlimçi kimi daha hazırlıqlı müəllimlərin iştirakını çox müsbət qiymətləndirdi.

( Ətraflı oxuyun )
Paylaş :