İnternet → Azərbaycan İnternet Sürətinə Görə Dünyada 106-cı yerdədir

Internet Provayderlərin sürətləri barədə məlumat verən saytı, blogunda yeni bir . SpeedTest statistikalarının nəticələrinə görə hazırlanmış yazıda ortalama sürət və provayderlərin sürətlərinin ortalama həddi qeyd edilib:
“SpeedTest” testləri əsasında formalaşdırılan “NetIndex” reytinqində Azərbaycan 106-cı yerdədir. Bu məlumat 24 Sentyabr – 23 Oktyabr müddətində toplanılmış 300.000-dən çox testlərin əsasında formalaşdırılıb.
Ölkə üzrə ortalama sürətlər aşağıdakı kimidir:
Endirim sürəti (download) – 2.78 Mb/s
Yükləmə sürəti (upload) – 0.92 Mb/s
( Ətraflı oxuyun )
- 0
- 25 октября 2011, 13:53
- 3
Texnologiya → Elcell və Hotnet rouminq müqaviləsi imzaladı

İnternet xidməti və Bakı şəhərinin ən böyük WiFi şəbəkəsi olan rouminq üzrə saziş imzaladılar.
İndi Siz WiFi hotnet zonasında olarkən şəhərin istənilən mərkəzi küçəsindən İnternetə şəxsi elcell akkauntunuzla daxil ola bilərsiniz. hotnet WiFi şəbəkəsinə qoşulma elcell modemi olmadan WiFi protokolunu dəstəkləyən qurğular ilə mümkündür – smartfonlar, noutbuklar, netbuklar, planşet kompyuterləri və s. hotnet şəbəkəsinə qoşulma zamanı istifadə edilmiş trafik elcell akkauntunuza əlavə olunacaqdır.
Rouminq xidmətinin qiyməti ayda 1 manatdır (yalnız rouminq xidmətindən istifadə edildikdə hesablanır). 15 iyul 2011 tarixinə qədər rouminq xidməti .
- +1
- 21 июня 2011, 01:05
- 1
Texnologiya → Elcell Azərbaycanda simsiz internet sahəsində onilliyin ən yaxşı servisi seçilmişdir

Press-reliz: Simsiz Texnologiyalar Assosiasiyası tərəfindən Azərbaycanda simsiz texnologiyalar əsasında internet xidmətlərinin təminatı üzrə onilliyin ən yaxşı servisi seçmişdir. Assosiasiyanın verdiyi məlumata əsasən, iBurst texnologiyası əsasında fəaliyyət göstərən elcell xidmət və servislərinin keyfiyyəti 2005-ci ildə b2c formatında irəliyə sıçrayış etməyə və simsiz genişzolaqlı internetin kütləvi şəkildə istifadəsini təmin etməyə imkan verdi.
Amerikanın ArrayComm şirkətinin və Yaponiyanın KYOCERA şirkətinin iBurst texnologiyası son beş ildə simsiz genişzolaqlı internetə olan tələbatı ödəməyə imkan verdi.
iBurst texnologiyasında 2008-ci ilin iyun ayında yeni beynəlxalq IEEE 802.20 standartı kimi qəbul olunmuş mobil simsiz genişzolaqlı giriş texnologiyası istifadə olunur. Sözügedən texnologiya simsiz giriş texnologiyalarından adapriv antennası və kanalların məkani seçmə qabiliyyəti ilə müsbət şəkildə fərqlənir.
( Ətraflı oxuyun )
- 0
- 13 октября 2010, 11:48
- şərh yaz
Texnologiya → Elcell səhmlərinə 4 milyon dollar kapital qoyuldu, hədəf bütün Azərbaycanın əhatəsidir

Press-reliz: Datacell səhm kapitalına 4 milyon dollar məbləğində investisiya
AYİB paytaxt şəhəri olan Bakıda artıq geniş zolaqlı simsiz internet xidmətləri təmin edən və hazırda, bu xidmətlərlə ölkənin regionlarına çıxmağı nəzərdə tutan Datacell SC-nin səhm kapitalına 4 milyon dollar məbləğində investisiya qoymaqla, Azərbaycanda internet xidmətlərindən istifadənin genişlənməsini dəstəkləyir.
( Ətraflı oxuyun )
- +2
- 5 мая 2010, 16:08
- 5
Texnologiya → Avropa Yenidənqurma və İnkişaf Bankı və “elcell” əməkdaşlığa başlayır

Dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan Avropa və Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı Nümayəndəliyi və Datacell (“” simsiz məlumat ötürmə xidməti) əməkdaşlığa başlayır. AYİB-in Datacell şirkətinin səhm kapitalına 4 milyon dollar məbləğində investisiya qoyuluşu edəcək.
Şirkət simsiz rabitə bazarında uzun müddətdir fəaliyyət göstərir. Ancaq onun əhatə dairəsi təkcə Bakı və Bakı ətrafı idi. Yalnız son zamanlarda — 2010-cu ilin fevralında Gəncədə də fəaliyyətə başladığını .
Qeyd edim ki, bir müddət simsiz rabitə sahəsində tək fəaliyyət göstərən şirkətin son zamanlarda ciddi rəqibləri var. Bu 3G`nin gəlməyi ilə Azerfon-Vodafone oldu. Bundan əlavə WiMax texnologiyasının istifadəyə verilməyi, eyni zamanda Azercell və Bakcell-in DataKartları simsiz rabitə sahəsində ciddi rəqabət mühiti yaratdı. Yəqin ki, bu rəqabətdə bir az daha irəli getmək üçün bu saziş «elcell»ə kömək edər.
Mövzu barədə ətraflı məlumat yoxdur. Bu barədə mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı 2010-cu ilin 5 may tarixində, saat 16.00-da Hyatt Regency otelinin Şuşa zalında keçiriləcəkdir. Tədbirdə dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin, İKT və bank sahəsində çalışan şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
- +1
- 3 мая 2010, 12:16
- 4
Texnologiya → Elcell xidməti Gəncədə kommersiya fəaliyyətinə başladığını elan edir!
Press-reliz: HC–SDMA(iBurst) texnilogiyası ilə İnternetə sürətli simsiz qoşulmanı təmin edən elcell xidməti, 01 mart 2010–cu il tarixdən Gəncə şəhərində kommersiya fəaliyyəti üçün şəbəkəsinin istismarına başladığını elan edir.Şəbəkənin tənzimlənməsi və sınaqdan keçirilməsi dövrü artıq başa çatmışdır və Gəncə elcell şəbəkəsinin kommersiya fəaliyyətinə başladığı ikinci şəhər olur. Hazırda şəbəkənin əhatə dairəsinə şəhərin bütün əsas əraziləri daxildir.
Şəbəkəyə qoşulmuş abonent, şəbəkənin əhatə dairəsində İnternetə qoşulmaqla bərabər, rouminq üçün əlavə ödəniş etmədən elcell xidmətinin digər imkanlarından da istifadə edə bilər.
( Ətraflı oxuyun )
- 0
- 26 февраля 2010, 16:16
- 11
Parketinq →
Səriştəsiz reklam
Çoxdandır ki, metroda yerləşdirilmiş bir reklam diqqətimi cəlb edir. Beko və Elcell-in birgə kampaniyası olan “Sərbəst ol: HP noutbuk + Elcell modem” reklamını ilk baxışdan səliqəli və qənaətbəxş dizaynlı görünsə də(zövq məsələsini kənara qoyuram, çünki zövqlər müxtəlifdir), əslində 2 BÖYÜK xətaya malikdir.
- 0
- 26 октября 2009, 22:02
- şərh yaz



