Texnologiya →  Mərkəzi Bankda EMC Documentum həlləri tətbiq olunur


Press-reliz: Azərbaycanın Mərkəzi Bankında EMC məhsullarının adaptasiyası və tətbiqi həyata keçirilir. Layihə işlərini EMC korporasiyasının Azərbaycandakı yerli tərəfdaşı SİNAM şirkəti icra edir.

Hazırda Mərkəzi Bankda tətbiq olunmaqda olan əsas həllərdən biri EMC Documentum Webtop həllidir. Sözügedən həll standart müşahidəçi proqramında EMC Documentum saxlama və məzmunun idarəsi xidmətlərinə girişi təqdim edir. Documentum Webtop qovluqların iyerarxiya əsasında intuitiv şəkildə anlaşılan naviqasiyalı interfeysə üstünlük verən istifadəçilər üçün idealdır. Ayrıca axtarış sistem serverdə yerləşdirilmiş kontentin tam məzmunu üzrə axtarış həyata keçirməyə imkan verir.

( Ətraflı oxuyun )
Paylaş :