Blog: farxadus → Windows 8 icmalı
Bu günlərdə Ultra şirkətinin nümayəndələri Malik və Viktoriyaya Nexus AzPad planşetini icmal üçün vermələri üçün xahiş etmişdim. Elə Viktoriya xanım qeyd etmişdi ki, nə vaxt istəsən, planşeti icmal üçün təqdim etməyə hazırıq. Ukraynaya səfər etdiyim üçün bu icmalı sonraya saxlamalı oldum. Qayıtdıqdan sonra, işlədiyim İnfoCity jurnalının redaktoru Dima müəllim Ultra şirkətindən AzPad planşetinin təqdim edildiyini və yeni Windows 8 Beta əməliyyat sistemini yazaraq, icmal etməyimi qeyd etdi. Doğurdan ideya çox xoşuma gəldi və dünən bu icmalı reallaşdıraraq, bu gün sizə icmalı təqdim edirik:
( Ətraflı oxuyun )
- +2
- 26 марта 2012, 16:22
- 1
Ultra → NEXUS “DocPad” adlı sensor ekranlı planşet hazırlayıb
İlk milli noutbuk brendi olan NEXUS istehlakçıların təlabatlarına uyğun premium planşet hazırlayıb. DocPad planşetləri 11.6” HD Glare sensor ekranlı, İntel PieneView-M N450 prosessorlu, 2GB əməli yaddaş qurğulu olaraq Windows 7 əməliyyat sistemində hazırlanıb. DocPad planşetləri müasir, cəlbedici dizayna malik olaraq sinfinin digər planşetlərindən HDMİ, WiMax kimi texnologiyalarla təchiz olması ilə fərqlənir. DocPad planşetləri həm fərdi istifadə, həm də müasir və premium hədiyyə kimi yararlıdır. Çünki, sözügedən məhsul NEXUS-un A kateqoriyalı sinfinə daxil olaraq özünəməxsus, milli ornamentlərlə dizayn edilmiş qutu-qablaşdırılması vardır. DocPad planşetlərinin qiyməti 599 AZN-dır.
( Ətraflı oxuyun )
- +1
- 18 июля 2011, 12:01
- 8



