Facebook →  Facebook-a daxil olmaq problemi


Son 3 gündür evdə Facebook və Twitter-ə problemli daxil olurdum. Sayt 3-5 dəqiqə down göstərir sonra yenidən daxil olmaq mümkün olurdu. Evdə Bakinternet işlədirəm. Ofisdə isə Stream(Uninet) -dir və normal daxil olmaq olurdu.
Dünən gecə isə Facebookda bəzi istifadəçilərin Google-a daxil olma problemi ilə üzləşdiklərini müşahidə elədim.

Mən elə fikirləşirdimki bu provayderlərdən qaynaqlanan bir problemdir. Ancaq bu gün (31 avqust) ofisdə də Facebook-a daxil olmaq mümkün olmadı. Soruşduqlarımdan isə bəzilərində bu problem var idi, bəziləri isə problemsiz daxil ola bilirdilər Facebooka. Eyni zamanda Mashable-da yazılan yazıya görə də bu ümumi problemdir.
Twitter-də də axtarış edəndə bir çox yerdən bu problemlə qarşılaşıldığını görmək olar.
Belə fikirləşmək olar ki, problem nəsə ötürmə problemidir. Bir müddət əvvəl də buna bənzər problem olmuşdu. Bu zaman Deltanın 4 kanalından — (1. RosTelekom 2. TeliaSonera 3. Transeurocom 4. TurkTelekom) birində TürkTelekomda problem olmuşdu. Bu dəfə nə olduğunu da yəqin yaxında bilərik. Ancaq bu dəfə sırf local yox daha globaldır.
Paylaş :
  • 0
  • 31 августа 2010, 17:28
  • Shaig
  • 2

Google →  Google`un 4-cü ayda 5-ci satın alması

Google, ən böyük rəqiblərindən biri olan Apple`ın yeni «oyuncağı» iPad`ı satışa çıxardığı ərəfədə böyüməyə davam edir. Böyük balığın kiçik balığı udmağı misalı olaraq video servislərindən biri olan Episodic`i satın aldı. Episodic`də video paylaşımla birlikdə canlı yayımları mobil və web cihazlarına çatdırmaq imkanı var. Belə görsənir ki, Google Youtube`a olan marağını daha da artırmaq niyətindədir. Youtube dünya üzrə axtarışlara görə Google`dan sonra ən çox query göndərilən saytdır. Google`da bu imkandan yararlanmaq istəyir və video paylaşımında həm öz mövqeyini gücəndirəcək həm də yeni texnologiyalar tətbiq edəcək. Bu satın alma məndə başqa bir fikir də formalaşdırır. Deməli uzun müddətdir Google Youtube`dan xeyir əldə etmir deyilənləri həqiqət deyilmiş. Bu sahədə nəsə xeyir olmasa Google ikinci belə video saytını satın almazdı. Yəqin ki bundan sonra Youtube üzərindən canlı yayımları izləmək imkanımız olacaq.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 6 апреля 2010, 02:04
  • Shaig
  • 5