BakuTel → “Dilmanc” – Azərbaycan üçün unikal məhsul! [ #Bakutel ]
Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “” sində öz məhsullarını təqdim edir. Biz əhaliyə xidmətlərin göstərilməsi ilə məşğul olan dövlət strukturuyuq və buna görə də, diqqətimizi əsasən fərdi istehlakçılara yönəltmişik.Bu il nazirlik kor və zəif görən insanlar üçün nəzərdə tutulmuş və Azərbaycan üçün unikal məhsul olan “” mobil mini-kompüterini təklif edir. Bu, kompüterin səslə idarə edilməsi sistemindən ibarətdir və sözügedən qurğunun fərqli xüsusiyyətlərindən biri klaviatura və monitorun olmaması, habelə tam səsli idarəetmə funksiyasıdır. Kompüter Azərbaycan dilində verilən komandaları tanımaqla işləyir. Bu sistem xəbər saytlarının ən son məlumatları ilə tanış olmaq, elektron kitabxananı və elektron poçtu idarə etmə, telefonla zəng və bir sıra digər funksiyaları yerinə yetirməyə imkan verir. Bundan əlavə, sözügedən mini-qurğu səsləndirilən sözləri Azərbaycan dilindən ingilis və rus dillərinə tərcümə etməyə də imkan verir. Bu mini-kompüter monitor, klaviatura və digər lazımlı xarici qurğuları qoşmaqla adi kompüter kimi də (“Windows” və “Linux” əməliyyat sistemlərinin bazasında) istifadə edilə bilər.
( Ətraflı oxuyun )
- +2
- 25 ноября 2011, 16:38
- şərh yaz
Texnologiya → Azərbaycanda ilk səslə idarə edilən mini kompüterlər hazırlanıb
Press-reliz: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın NeyroTex şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompüterin sınaq nümunələri hazırlanıb.Yeni mini kompüteri yaratmaqda məqsəd kor və görmə qabiliyyəti zəif olan insanlara informasiya və kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin etməkdir. Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Kompüterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.
( Ətraflı oxuyun )
- +1
- 9 мая 2011, 14:01
- 5
Təhlil → Dilmanc vs Intelsoft

İl sona yaxınlaşır və 2010-cu ildən müəyyən nüanslar yadda qalır. Yəqin ki, 2011-in ilk günlərində bu haqda fikirlərimi daha geniş formada bölüşəcəm. Bunlardan biri də tərcümə sistemləri ilə bağlıdır. Bu ilə kimi tərcümə sistemlərindən (lüğət yox) ancaq biri — var idi. Onun da axırıncı versiyası saytda gəzişəndə gördüm ki, 2 il əvvəl .
Bu il isə, nisbətən daha aktivlik oldu demək olar.
( Ətraflı oxuyun )
- +2
- 26 декабря 2010, 23:32
- şərh yaz
Texnologiya → Mətni insan səsi ilə oxuyan Dilmanc proqramı

Bu məlumatı ın rəsmi saytında . Bu tip sadə proqramlar internetdə çoxluq təşkil edir. Müəyyən mətni daxil edirsən və səsləndirir. Bəzi xarici səsləndirmələrə Azərbaycan sözlərini də daxil edəndə oxudur. Ancaq sözlər əcnəbi ləhcədə danışıq effektini verir. Dilmancın proqramında isə mətni səsləndirən «səs»in ləhcəsi də elə Azərbaycan dilindədir. Buna görə üstünlüyü var.
( Ətraflı oxuyun )
- +1
- 2 августа 2010, 15:49
- 8
Texnologiya → Yeni telefon tərcümə sistemi

Bu gün bir link . Link -un telefon tərcümə sisteminin tanıtımı barədə idi. Bu -ın da eyni xüsusiyyətli servisini xatırlatdı. Bunun ilkin təqdimatı Oktyabr 2009-da olmuşdu. Microsoftun tərcümə sisteminin təqdimatı isə bu ay olub. Mənə maraqlı məqam potent məsələsidir. Görən bu işin potent hüququ alınıb Dilmanc tərəfindən. Ya da bu sistemin patent hüququ kimdədir. Çünki, Dilmancın təqdimatı xarici ölkələrdə olan sərgilərdə də edilmişdi.
Onu da deyim ki, Microsoft Azərbaycan dilini də dəstəkləsə, Dilmancın mənası qalmayacaq.
Hər iki sistemin tanıtım videosu:
( Ətraflı oxuyun )
- +1
- 9 мая 2010, 22:04
- 5



