Texnologiya →  PHP.net serverləri Azərbaycanda

Bir müddət əvvəl Google-un serverlərini Azərbaycanda yerləşdirəcəyi barədə məlumat vermişdik. Google-dan əvvəl Azərbaycanda serverləri olan PHP.net oldu. PHP.net, PHP proqramlama dilinin rəsmi saytıdır. Onun müxtəlif olkələrdə serverləri olma səbəbi, ətraf regionlardan müraciətlər zamanı daha tez açmağıdır. Eyni zamanda xatırlayacağınız kimi, 2010-cu ilin mart ayında İnternet bağlantılarında problemlər yaranmışdı, bu zaman açılmayan saytlardan biri də məhz PHP.net olmuşdu. Saytın serverlərinin Azərbaycanda da olmağı, bu tip problemlər zamanı da, sayta normal giriş etməyə imkan verəcək. Qeyd edək ki, serverlər Delta-Telecom-da yerləşir. Delta-Telecom-un regiondakı mövqeyini də nəzərə alanda, bu PHP.net-in Qafqaz regionu üçün problemsiz işləməyinə imkan verəcək. PHP.net-in Azərbaycan serverləri az.php.net ünvanında işləyəcək. Detallara ətraflı olaraq buradan baxa bilərsiniz: geo.flagfox.net/?ip=94.20.30.48&host=az.php.net Göründüyü kimi, IP Address olaraq, 94.20.30.48 göstərilir. ISP olaraq isə, Delta Telecom LTD göstərilir. Əvvəl Google-un Azərbaycanda server yerləşdirmə xəbəri, ardınca da PHP.net-in serverlərini yerləşdirməsi, gələcəkdə yeni texnologiya nəhənglərinin öz serverlərini Azərbaycana gətirmə ehtimalını artırır.
Paylaş :
  • +2
  • 3 августа 2011, 12:42
  • Weboxu
  • 4

Delta Telecom →  Delta-Telecom IPv6 texnologiyasını və 40% qiymət endirimini təklif edir

Azərabaycanda internet backbone-u kimi fəaliyyət göstərən Delta-Telecom yeni texnologiya olan IPv6 sistemini istifadəyə verir.
İyunun 8-ində dünya IPv6 günü idi. Bununla bağlı blogumuzda da məlumat verilmişdi. Həmin yazıda qeyd edilmişdi ki, hələki Azərbaycanda bu texnologiya təqdim edilmir.
Delta-Telecom rəsmi saytından verdiyi xəbərlə artıq bu texnologiyadan istifadəyə başladığını bildirir. Qeyd edək ki, hazırkı texnologiya IPv4-dür.

Azərbaycanın indiki resurslarından min dəfələrlə çox — 4,3 milyard İnternet ünvanları alınmışdır. Yeni İnternet resursları sayəsində milyonlarla internet istifadəçisinə yüksək keyfiyyətli internet çatdırmaq mümkündür. Söhbət İpV6 — 6-cı nəsil internet texnologiyalarından gedir. Bu texnologiyanın tətbiqi ilə son internet istifadəçisində internet ünvan problemi aradan qaldırılır.


Bununla birgə regionda da IPv6-nı ilk tətbiq edən Delta-Telecom olur. Azərbaycanın da yeni sistemin tətbiqinə hazırlaşması inkişaf baxımından müsbət amildir. Digər tərəfdən Delta-Telecom qiymətləri də endirir.

Göstərilənləri nəzərə alaraq, son müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədi ilə tutumu 100Mbit/s-dən çox olan, borcu olmayan ISP və böyük istifadəçilər üçün ödənişlərin səviyyəsi saxlanılmaqla 01.07.2011-ci il tarixindən müvafiq olaraq tutumların artırılması yolu ilə tariflər hər bir 1Mbit//s İnternet xidməti üçün 50 AZN-dən 30 AZN-ə (ƏDV-siz) kimi aşağı salınır.

İnternet kanallarının tutumu 10 Gbit/s və yuxarı olan ISP və böyük istifadəçilər üçün hər Mbit/s-yə 25 AZN (ƏDV-siz) tarif tətbiq ediləcək.
Paylaş :