İnternet →  Delicious-u Youtube qurucuları, Yahoo-dan aldı


Sosial əlfəcin (bookmark), qısayol saxlama və paylaşma platforması Delicious-un gələcəyi artıq naməlum deyil. 2003 sonunda qurulan, 2005-in son ayında Yahoo!-un satın aldığı sayt, artıq YouTube qurucuları Chad Hurley və Steve Chenin yeni qurduğu AVOS-un olacaq. Deyilənə görə satış 5 milyon dollara reallaşıb. Ancaq bu dəqiq məlumat deyil. Bu rəqəm Yahoo!-nun servisi almağına nisbətdə çox kiçik məbləğdir.

Yahoo! bu il bir neçə servisini bağlamaq qərarı almışdı və bunlar arasında Delicious da var idi. Sonradan servisi bağlamaq yerinə onu satmaq qərarına gəldilər.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Yahoo! Delicious-u Satır

Beş il əvvəl Yahoo! tərəfindən satın alınan Delicious-un gələcəyi bu günlərdə çox qaranlıqdır. Belə desək daha doğru olar: Yahoo-nun bir çox servisinin gələcəyi kimi qaranlıqdır. Ötən həftələrdə Yahoo!-nun rəsmi blogundan edilən açıqlamada, Delicious-un bağlanılacağı deyilirdi. Mövzu ilə əlaqədar heç bir səbəb və detallı açıqlama edilməməsi Delicious-u istifadə edən və xüsusilə bütün arxivini Delicious-a yazan istifadəçiləri narahat etdi.

Delicious istifadəçilərinin Yahoo!-ya bu əməliyyatın səbəbi və sayta qeyd etdikləri məlumatların gələcəyinin nə olacağı ilə əlaqədar göndərdikləri maillərə yenə Yahoo!ın rəsmi blogundan cavab gəldi. Edilən şərhdə, mövzu ilə əlaqədar çox sayda e-poçt alındığını və buna görə də açıqlama etmə gərəyi hiss etdiklərini ifadə edən şirkət səlahiyyətliləri, Yahoo! ilə Deliciousun artıq strateji olaraq eyni nöqtədə olmamasına görə Deliciousun satılmasına qərar verildiyi bildirildi.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Yahoo balacalaşır


Yahoo, gəlirli olmayan və qrupun strategiyalarına uyğun gəlməyən məhsul qruplarını bağlayır.

Yahoo-nun kiçilmə planıyla əlaqədar xəbər, ABŞ-ın nüfuzlu iqtisadiyyat qəzetlərindən Wall Street Journalda yer aldı. Xəbərdə, Yahoo spikerinin, «karlı olmayan ya da qrupun strategiyalarına uyğun gəlməyən məhsul və xidmətləri sona çatdıracağıq» şəklindəki şərhinə yer verildi.

Yahoo-nun cəmi çalışan sayı 14 mina çatır. Keçən həftə Yahoo 600 nəfəri işdən çıxarmışdı; bunların hansı iş sahələrini əhatə etdiyinə açıqlıq gətirilmədi. Mütəxəssislər, Yahoo rəhbərliyinin qapısına kilid vurulacaq xidmətlərin hansıları olacağına hələ qərar vermədiyinə diqqət çəkir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 20 декабря 2010, 18:41
  • Weboxu
  • 9