Bakcell →  Bakcell USB modem: Dial-up

Küçədə bilbord reklamlarında görmüş olarsınız. BakcellMobil internetə ayaq basır. Düzdür elə də böyük addım deyil, amma hər halda heç yoxdan yaxşıdır.
Bu Azercell kimi DataKart və ya Azerfon kimi 3G Modem filan deyil. Bu sadəcə USB modemdir. Bakcell`in standart internet paketlərindən faydalanaraq istifadə eləmək mümkündür. USB modemə Bakcell nömrəsini qoyaraq qoşulursan NET`ə. Burada EDGE göstərilir, kompüterdə isə netə qoşulanda sürət 400+ göstərirmiş. Amma real sürət isə 48-56kbps dir. Yəni standart Dial-up sürətidir.
Bu arada mənim diqqətimi isə bir başqa məqam çəkir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 19 февраля 2010, 13:43
  • Shaig
  • 25