Təhlil → Azərbaycanda internetdən ən çox qazanan qrup - DST [infoqrafika]

Bu mövzuya çoxdan toxunmaq istəyirdim. Elə oldu ki, ilk əvvəl postda ümumi şəkildə bu barədə yazdım. İndi isə bir qədər daha ətraflı bu barədə yazmaq istəyirəm. Eyni zamanda yazı üçün infoqrafika da . Əvvəl Azərbaycan dilində hazırlayırdıq, sonra fikrimizdən daşındıq ki, ingiliscə olsun (beləcə bəlkə daha geniş auditoriya görə bilər).
( Ətraflı oxuyun )
- +1
- 5 июня 2011, 21:42
- 12
Facebook → Facebookun dəyəri 50 milyard oldu

Son edilən sərmayələrlə məşhur sosial şəbəkə saytı Facebookun dəyərinin 50 milyard dollara çatdığı açıqlandı.
New York Times qəzetinin xəbərinə görə, Facebooka ABŞ-lı sərmayə bankı Goldman Sachsın 450 milyon dollar, Digital Sky Technologies-in isə 50 milyon dollarlıq sərmayə qoyduğu ifadə edildi.
Hər üç şirkətin səlahiyyətliləri mövzu haqqında şərh etməkdən qaçınarkən, hər iki şirkətin sərmayələrinin Facebookun şirkət dəyərini təxminən 50 milyard dollara çıxardığı ifadə edilir. Yeni fondların şirkətin xalqa açılması istiqamətindəki təzyiqləri artıra biləcəyi yazılır.
ABŞ Birja komissiyasına görə, məşhur sosial şəbəkə saytlarına xüsusi olaraq təşkil edilən hissə ticarəti olaraq baxır.
Facebookun dünya üzrə 500 milyon istifadəçisi və 1400 üzərində işçisi var.
- +4
- 3 января 2011, 17:43
- 9
İnternet → DST ICQ-ni 187.5 Milyon Dollara Satın aldı
Bu gün AOL etdiyi açıqlamada ICQ`ni 187.5 milyon dollar qarşılığında DST`ə satdığını açıqladı. 1996-cı ildə İsrail mərkəzli olaraq qurulan ICQ, 1998-ci ildə dünyanın ən məşhur online mesajlaşma vasitəsi olaraq 400 milyon dollar qarşılığında AOL tərəfindən satın alınmışdı.İndiki vaxtda köhnəyə nisbətdə məşhuruluğunu itirən ICQ, comScore məlumatlarına görə aylıq 32 milyon istifadəçiyə çatır. Rusiya, Almaniya və Çexiyada hələ də çox istifadə edilən ICQ, Rus sərmayə şirkəti DST üçün yerli bazar düşünüldüyündə əhəmiyyətli bir dəyər ola bilər. Facebook və Zynga`nın ardından keçdiyimiz günlərdə Groupon`a 135 milyon dollar sərmayə qoyan qrup, bu satın alma ilə öz məşhur internet şirkətlərinin arasına ICQ`ni də əlavə etmiş oldu.
Yeni nəsil saytlara böyük sərmayələr edən Digital Sky Teknologiesin daha çox iç bazara istiqamətli kimi görünən bu sərmayəsi üçün gələcəkdə necə bir hədəfi olduğunu bilmirik. Ancaq 90′cı illərin əhəmiyyətli internet dəyərlərindən biri olan ICQ`nin yenidən işıqlandığını və heç olmasa önümüzdəki bir neçə illiyinə də olsa Geocities ilə eyni sonu paylaşmaqdan xilas olduğunu söyləmək olar.
- +1
- 28 апреля 2010, 18:29
- 10
İnternet → Ruslardan Zynga`ya 180 milyon dollar.
ICQ`yə göz dikən Rusların (Digital Sky Technologies) qrupunun deyəsən pulları çoxdur. Farmville oyununun qurucuları — `ya dollarlıq sərmayə qoyuluşu ediblər. Bir app üçün çox böyük məbləğdi. Zynga təkcə sosial platformalar üçün oyun və bu kimi applar yazmaqla məşğuldur. Onu da qeyd edimki DST`də Facebook`un şəriklərindəndir. Üstəlik bu 180 milyon dollar da tamamilə satın almaq üçün olan məbləğ deyil. Sadəcə sərmayədir.
( Ətraflı oxuyun )
- 0
- 16 декабря 2009, 17:38
- 2
Texnologiya → ICQ Rusiyaya köçür?!
, internetin ilk dövrlərinin məşhur messenger proqramı olan ICQ`nü 1998′de 400 milyon $'a satın almışdı. O dövrdə hər kompüterin olmazsa olmazlarından olan ICQ, daha sonrakı illərdə MSN, GTalk, Yahoo Messenger qarşısında gücünü itirərək istifadə sıxlığını itirdi. Bu gün aylıq istifadəçi olduğu deyilən ICQ, 8.3 milyon istifadəçiylə Rusiya bazarında ən çox istifadə edilən messenger olaraq yerini qoruyur.( Ətraflı oxuyun )
- 0
- 14 декабря 2009, 13:25
- 3



