Google → YouTube dizaynını yeniləyir - Cosmic Panda

Google+ proyektindən sonra Google bütün məhsullarının dizaynına əl gəzdirməyə başlayıb.
Növbəti dizayn dəyişikliyi isə YouTube-da olacaq. Hələ beta versiya olaraq ancaq müəyyən qism insanlar görə bilir.
Servisi sınamaq üçün — buraya daxil olmaq lazımdır.
Video player tünd rəngdə olub. Arxa fonu qaradır. Sanki kinoteatr havası yaratmaq istəyiblər. Video-ya baxmaq bir az daha rahatlaşın. Ancaq qara fonun nə dərəcədə uğurlu olub olmaması texnologiya bloglarında müzakirə mövzusuna çevrilib.
Bu dizaynı ilə video göstərim yeri bir qədər HULU-ya . Yeri gəlmişkən HULU-nun adı da Google-un satın alınacaq şirkətrlə siyahısında hallanır.
Kanal səhifələri isə tamamilə yenidən əldən keçirilib; hər bir video üçün daha böyük şəkillər, müxtəlif məskunlaşma şablonları və istifadə etməsi daha asan xüsusiləşdirmə variantları kanal sahiblərinin işini asanlaşdıracaq kimi görünür. Playlistlərin dizaynı da yenilənib.
- +2
- 9 июля 2011, 15:54
- şərh yaz



