Texnologiya →  “Azərpoçt” üçün Avtomatlaşdırılmış korporativ informasiya sisteminin yaradılması planlaşdırılır


Press-reliz: Avtomatlaşdırılmış korporativ informasiya sisteminin yaradılması planlaşdırılır. Layihə çərçivəsində 1200 poçt şöbəsinin lokal korporativ şəbəkəyə qoşulması planlaşdırılır. Yerüstü kommunikasiyaların olmadığı üçün 177 poçt şöbəsi həmin şəbəkəyə simsiz Internetin vasitəsilə qoşulacaq. Layihə çərçivəsində genişzolaqlı Ethernet körpüsü lokal korporativ şəbəkə ilə birləşib verilənlərin yüksəksürətli mübadiləsini təmin edəcək. Sözügedən layihə yaxınlarda keçirilmiş tenderin qalibi olmuş SİNAM şirkəti tərəfindən reallaşdırılacaq.
Digər poçt şöbələrinin şəbəkəyə qoşulması prosesinin isə layihənin növbəti mərhələlərində həyata keçirilməsi planlaşdırılır.

( Ətraflı oxuyun )
Paylaş :