Texnologiya →  “Sentr Znaniy Azərbaycan” təhlükəsizlik mütəxəssislərini təlimləndirəcək

Press-reliz: 20-23 dekabr tarixlərində “Sentr Znaniy Azərbaycan” şirkəti Azərbaycanda ilk dəfə olaraq Cisco-nun MARS məhsulu üzrə treninq keçirəcək. Kursu Sentr Znaniy şirkətinin CCIE Security statuslu təlimatçısı Boqdan Staşuk keçirəcək. B.Staşuk Ukrayna və digər xarici ölkələrin müxtəlif layihələrində geniş iş təcrübəsi var; dörd dildə danışır.

“MARS – risklərin idarəolunması, şəbəkə fəallığının monitorinqi və şəbəkə hücumlarına qarşı müqavimət üçün nəzərədə tutulan yüksək məhsuldarlıqlı və miqyaslanan həlldir. Bu, çox mühüm və məzmunlu materialdır, və ona görə də kursun keçirilməsilə məhz Cisco korporasiyasılə ən yüksək tərəfdaşlıq statusuna malik şirkət həyata keçirir”, deyə Cisco Systems şirkətinin Azərbaycandakı nümayəndəsi Rövşən Əkbərov qeyd etdi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 1 декабря 2010, 13:46
  • Weboxu
  • 3