Texnologiya →  Cisco Azərbaycanda yeni nəsl şəbəkə texnologiyalarını təqdim edir


Press-reliz: Bakıda xarici mütəxəssislərin iştirakılə Cisco Günü adlı konfrans keçirilmişdir. Konfrans Cisco şirkəti tərəfindən “Sentr Znaniy Azərbaycan” şirkətinin dəstəyilə Cisco-nun tərfədaşları üçün təşkil olunmuşdu. Birgünlük konfrans əməkdaşlığın inkişafı məsələlərinə, avadanlıqların texniki incəliklərinə və onların rəqabətı davamlı təqdimatına, həmçinin təhlükəsizlik məsələlərinə həsr edilmişdi.

“Tərəfdaşlarımızla Cisco Günü formatında müzakirələrimiz bizim üçün çox faydalı oldu. Şirkətlərimiz arasında sıx əlaqələr var, və bu cür görüşlər şirkətlərin hər birisi ilə inkişaf məsələlərini müzakirə etməyimizə, təcrübə mübadiləsini aparmağa imkan verir. Ümidvaram ki, bu tədbir ənənəvi xarakter alacaq”, deyə Cisco-nun Azərbaycandakı nümayəndəsi Rövşən əkbərov qeyd etdi.

( Ətraflı oxuyun )
Paylaş :