Facebook →  Çinli işçi hər yerdə ucuzdu

Facebook bildiyiimiz kimi ən böyük sosial şəbəkələrdəndir. Onun daxilində olan tətbiqlərində (app) olan insanların sayı belə başqa saytların üzvlərindən dəfələrlə çox olur. Ən çox üzv isə Farmville adlı tətbiqdədi. Online oyundur bu. Elə bilki virtual fermanız olur və onu əkib-becərirsiniz. İndi həmin oyunda yeni bir xüsusiyyət əlavə olunubduki burada da maraqlı bir nüans var. Bildiyimiz kimi Çin real dünyada ucuz işçi qüvvəsi ixrac edən ölkə kimi tanınır. Buranın əhalisi çox ucuza işləyir. Hətta Azərbaycanda da bəzi işlərdə görmüşəm onları. İndi də Facebook fermanızda onları ucuz qiymətə işlədə bilərsiniz. Ən ucuz işçilər Çinlilərdir burada da. Fermaya ayırmağa vaxt yoxdursa ucuz qiymətə Çinli tutun o siz əvəzdən işləsin.
Paylaş :