BakuTel →  Polşa şirkəti Azərbaycana lifli-optik məhsullar təklif edir [ #Bakutel ]

Bizim şirkət yüksək keyfiyyətli lifli-optik məmulatların istehsalı sahəsində ixtisaslaşır. Bazarda 10 ildən çox müddət ərzində fəaliyyət göstərən şirkətimiz lifli-optik məmulatların istehsalı sahəsində əsas şirkətlərdən biri kimi tanınır və bir çox xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. Mən ilk dəfədir ki, Bakıdayam və “BakuTel” sərgisində iştirak edirəm. Mən həm sizin ölkənizə, həm də bu tədbirə heyran qaldım. Bizim şirkət Azərbaycan vətəndaşlarına və xarici şirkətlərə telekommunikasiya şəbəkələrinin inkişafı üçün lifli-optik məhsullar təklif etmək istəyir. Buz burada öz əlaqələrimizi inkişaf etdirməyə, özümüzə tərəfdaş tapmağa və Bakıda nümayəndəlik açmağa ümid edirik.

( Ətraflı oxuyun )
Paylaş :