Android → Mobil dünyada yeni lider - Android

Google-un ağıllı telefonlar üçün çıxardığı əməliyyat sistemi Androidli telefonlar son rüb satışlarında birinciliyə yüksəldi.
Google-un smartfonlar üçün iki il əvvəl çıxardığı əməliyyat sistemi Android, dünya bazarında Nokianın Symbian sistemini 10 illik taxtından saldı və zirvəyə oturdu. Android, ABŞ bazarında isə ilk sırada olan Apple-ı də keçən ilin sonunda ikinciliyiyə salmışdı.
Fərqli smartfon modellərində istifadə edilən Androidin 2010-un son rübündəki daşınma miqdarı cəmi 32.9 milyon olarkən Nokia 31 milyon cihaz göndərdi. Üçüncü sıradakı iOS əməliyyat sistemli iPhone-ların mağazalara daşınma miqdarı 16.2 milyonda qaldı.
2010-un son rübünə aid təəccüblü bir başqa rəqəm də bazarın böyümə sürətinə aiddir. 2010-da böhranın dağıdıcı təsiri zəifləyərkən, smartfon bazarı bir çox bazarla müqayisədə böyük bir inkişaf göstərərək 89% böyüdü.
( Ətraflı oxuyun )
- +1
- 1 февраля 2011, 20:52
- 1



