Blog: Tural → CSS redaktə əsnasında veb səhifələrinin avtomatik yenilənməsi

CSSrefresh, veb saytı proqramçılarının yayımda olan bir saytın dizaynıyla əlaqədar olan CSS fayllarında gerçək-zamanlı dəyişiklik edərkən və ya etdikdən sonra qarşılaşdıqları ən böyük problemli olan yeni vəziyyətin yenilənməsi, ziyarətçinin ekranında səhifəni yeniləməyə gərək qalmadan (F5) həmin an və hiss etdirmədən avtomatik olaraq edən olduqca əla bir JavaScript tətbiqidir.
( Ətraflı oxuyun )
- +2
- 26 декабря 2011, 19:56
- şərh yaz
İnternet → Adobe Muse - kod yazmadan veb sayt

Adobe şirkəti HTML5-in çıxmasından sonra flash texnologiyasının arxa planda qaldığını görüb yeni məhsullar çıxarmağa başlayır. Bu yeni məhsullar da yeni trend HTML5-in xüsusiyyətlərini istifadə edir. Qısa müddət əvvəl flashları HTML5-ə çevirən proqramını istifadəyə vermişdi. Avqustun 15-i isə Muse adında daha başqa bir məhsulun beta versiyasını istifadəyə . Muse kod yazmadan sayt düzəltməyə kömək edən texnologiyadır. Əsasən qrafik dizaynerlər üçün nəzərdə tutulan, onların işini asanlaşdıracaq bir məhsul olaraq təqdim edilir.
Daha əvvəl Dreamweaver ilə veb dizaynerlərin bir nömrəli köməkçisi olan Adobe, bu dəfə kod yazmağa ehtiyac duymadan bir-birindən bənzərsiz veb saytları meydana gətirməyi təmin edən bir vasitə təqdim edir. Muse kod adlı proqramın beta versiyasını istifadəyə verən Adobe, proqramı bir başqa məhsulu olan Adobe Air ilə develop edib. Bu da Muse-un həm PC həm də Mac-larda işləyə bildiyi mənasını verir.
( Ətraflı oxuyun )
- +1
- 18 августа 2011, 04:59
- 2
Yazı-Pozu → Azərbaycan şriftləri və @font-face barədə

Bu yaxınlarda bir layihədə işləyərkən font (yəni şrift) anlayışı ilə ətraflı maraqlanmalı oldum. Topladığım qeydləri və informasiyaları burada səliqəli şəkildə qeyd edirəm ki, hamılıqla çatışmamazlıqları qeyd edək və yeni nəsə öyrənək. Yazı biraz uzun alına bilər amma çalışacam yararlı informasiyalar olsun, söz yığını yox. (çünki bu post bir növ özüm üçün də qeyd xarakteri daşıyır)
Məndən tələb olunan Azərbaycan şriftlərini dəstəkləməyən bir şrifti dilimiz üçün istifadəyə yararlı hala gətirmək idi. İlk olaraq köməyimə `kı yazısı çatdı. Amma mən yazıdakından fərqli olaraq təkcə Ə hərfini yox bütün Azərbaycan şriftlərin əlavə etməli idim. Ona görə biraz daha araşdırma aparmalı oldum. Belə aydın oldu ki, dilimizin çətin dəstəklənən simvolları, da (List of Unicode characters) Latin-1 (Ç-00C7 / ç-00E7, Ö-00D6 / ö-00F6, Ü-00DC / ü-00FC), Latin Extended A (Ğ-011E / ğ-011F, Ş-015E / ş-015F, İ-0130, ı-0131), Latin extended-B (Ə-018F) və IPA Extensions (ə-0259) bölmələrində (kodları ilə) sinifləndiriliblər.
Tipoqrafiya ümumiyyətlə çox geniş və dərin anlayışdı. Öz fontunuzu yaratmaq üçün araşdırıb internetdə əkrəsən ingiliscə çox maraqlı və faydalı məlumatlar tapa bilərsiniz. Məktəblər, cərəyanlar, konsepsiyalar filan araşdırılıb öyrənilməsi gərəkən bir çox amillər var.
Amma mən mövcud font`a Azərbaycan şriftlərin əlavə etməli idim. qeyd edildiyi kimi mən şrifti “redaktə” üçün Fontlab programını seçdim. Problem ondan ibarət idi ki, şrift o qədər də sadə formaya malik deyildi və Fontlabın imkanları mənə bir qədər məhdud göründü istədiyim nəticəni ala bilməyim üçün.
( Ətraflı oxuyun )
- +1
- 19 июня 2011, 00:08
- 4
Yazı-Pozu → Koderlər üçün qısa məsləhətlər
Mənim bu yazını yazmağıma əsas səbəb bu yaxınlarda `də ünvanlanan bir oldu. Həmin sualda problemin əsas məğzi tam qeyd olunmadığı üçün qısaca məlumat verdim və düşündüm ki, bu barədə özüm üçün etdiyim qeydləri paylaşmaq işə yaraya bilər. Demək olarki indi etdiyim qeydləri daha səliqəli şəkildə bura yazacam. Yazı uzun alınsa da çalışacam yararlı məlumatlar verim.

( Ətraflı oxuyun )

( Ətraflı oxuyun )
- +4
- 20 ноября 2010, 23:01
- 10
Qwerty.az →
Web proqramlaşdırma - Nədən başlamalı?
Web proqramlaşdırmaya başlamaq istəyənlərə(proqramlaşdırma ilə məşğul olanlara aiddir təbii ki) bələdçi planım:
- 0
- 24 октября 2009, 12:21
- şərh yaz



