Box.az →  Box.az Chat bütün mobil cihazlarda.


Box.az rəsmi blogundan Box.az Chat-ın müxtəlif mobil cihazlar tərəfindən istifadə qaydaları açıqlanıb. Qısa müddət əvvəl BlackBerry-lər üçün mobil telefondan istifadə qaydası izah olunmuşdu.
Bu dəfə blogundan AndroidiOS (iPhone) platformaları üçün istifadə edilə biləcək izahlar edib.
Symbian üçün isə istifadə ediləcək proqramın linkini Twitterdən paylaşıblar.

( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  BlackBerry smartfonlarında Box.az Chat


Bir neçə ay əvvəl biz kompüterinizə yükləmək üçün Box.az Chat (http://chat.box.az/)proqramını təqdim etmişdik. Lakin günümüzdə bir çoxumuzun internetə mobil telefonumuzdan girməyimizi nəzərə alsaq, çat proqramının telefonda olmasını mühüm hesab edə bilərik. Buna görə biz mobil telefonlar üçün Box.az Chat proqramını qurmaq haqda silsilə yazılar yazmağı planlayırıq.

İlk olaraq BlackBerry smartfonlarından Box.az Chat-a girmək üçün addımları diqqətinizə çatdırırıq:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 21 февраля 2011, 14:01
  • Weboxu
  • 4

Box.az →  Box.az Chat istifadəyə hazırdı.

Box.az-ın yeni chat-ı haqqında əvvəl də məlumat vermişdim.
Artıq proqram istifadəyə hazırdır. Endirib kompüterinizə quraşdıra bilərsiniz.
Endirmə səhifəsindən sitatlar:
Kim? ilə tam inteqrasiya

Rahatlıq üçün Box.az Chatı digər Box.az xidmətləri ilə sıx inteqrasiya olunub. Profil şəkilləri və digər məlumatlar avtomatik olaraq çatda yenilənir. Həmçinin dostlarınızın Kim? profillərini də asanlıqla görə bilərsiniz.



( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 9 августа 2010, 16:59
  • Shaig
  • 7

Box.az →  Box.az Chat necə görünür? [foto]


Azərbaycanın ilk çat (ani mesaj) proqramını kompüterinizə yükləyə bilməyiniz üçün təqribi 4 gün vaxt qalır. Bu haqda bir müddət əvvəl də yazmışdım. Bu proqramın köməkliyi ilə, nələr etməyin mümkün olduğu bütün istifadəçilərə artıq bəllidir. Əsas maraq proqramı yükləyib, ondan istifadənin necə olduğunu öyrənməkdir. Bəs ilk ani mesaj proqramı necə görünür? Maraqlananlar üçün proqramdan 2 ekran görünüşünü blogda yerləşdirim:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 5 августа 2010, 12:28
  • Shaig
  • 7

Box.az →  Box.az Chat - yeni chat qutunuz

Son zamanlarda Box.az haqqında çox danışırıq. Hələ bir neçə müddət də danışacağıq. Bu il yerli e-mail servisi Box.az-ın 10 yaşı tamam olur. Bu münasibətlə də, bir çox yeniliyi ilk yubileyinə sığdırmaq niyyətindədir. Bir müddət əvvəl chat servisini GoogleYandexə inteqrasiya edən Box.az, son olaraq Kim servisini istifadəyə vermişdi.
Növbədə isə Azərbaycanın ilk messengeri var. Siz internet üzərindən söhbətləşməklə birgə, kompüterinizə yükləyəcəyiniz IM ilə daha rahat ünsiyyət saxlaya biləcəksiniz.
Box.az Chat təqribi iki həftə sonra yəni Box.az-ın 10 illiyi ərəfəsində istifadəyə veriləcək. Proqramı bu linkdən yükləyə biləcəksiniz — chat.box.az/.


Mövzunu diqqətdə saxlayacam. Rahat istifadə etdikdən sonra da ətraflı fikirlərimi yazaram.
Paylaş :
  • +2
  • 26 июля 2010, 23:03
  • Shaig
  • 6