Texnologiya →  Bloqosfer 2010 üçün qeydiyyat prosesi və #bloqosfer10 videoları

Elan etdiyimiz kimi Bloqosfer 2010 Forumuna qeydiyyat 5 sentyabr tarixində yekunlaşır. Bu ana qədər foruma 181 nəfər qeydiyyatdan keçmişdir ki, onların içərisindən forum hesabına iştirak edəcək 70 nəfər seçiləcək. Qeydiyyatdan keçmiş bütün şəxslərə seçimlə əlaqədar e-mail göndəriləcək.

Bundan əlavə Bloqosferin yeni promo videolarına da forum həvəskarları tamaşa edə bilərlər.

Foruma olan böyük marağı nəzərə alaraq Təşkilat Komitəsi qeydiyyatı daha 3 gün artırır (8 sentyabr saat 22:00-a qədər). Bu müddətdə qeydiyyatdan keçən şəxslər yalnız öz hesabına və ya yarım öz hesabına foruma qoşula biləcəklər (regiondan olan iştirakçılar istisnadır).

Qeydiyyatdan keçmiş bütün iştirakçıların diqqətinə aşağıdakı məqamlərı çatdırmaq istəyirik:


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 6 сентября 2010, 13:29
  • Weboxu
  • 1

Texnologiya →  Bloqosfer2010 - Bloq forumu üçün hazırlıq işləri davam edir #bloqosfer10


Bloqosfer 2010 üçün hazırlıq işləri davam edir.
Siz yenilikləri rəsmi sayt ( www.bloqosfer.com ) ilə birlikdə, Facebook səhifəsindən — www.facebook.com/bloqosfer, Twitter hesabından — twitter.com/bloqosfer da izləyə bilərsiniz. Twitter-də rəsmi teq #bloqosfer10-dur

Çəkilmiş ilk video 600-dən çox izləndi, 150-dən çox Facebookda paylaşıldı. Artıq ikinci tanıtım videosu da hazırdır.
Paylaş :
  • +1
  • 25 августа 2010, 16:04
  • Weboxu
  • 2

Texnologiya →  Bloqosfer 2010 - Azərbaycan bloqçuları bir arada!

Nəhayət ki, Azərbaycan İnternetinin bloqçuları və yeni media mütəxəssisləri bir araya gəlmək, fəaliyyətlərini müzakirə etmək şansını əldə etdilər. “Bloqosfer 2010″-a hazırlıq artıq başlamışdır və 10-12 Sentyabr 2010-cu ildə Xudat rayonunun Nabran qəsəbəsində keçiriləcəkdir. Bloqsferin təşkilinə dəstək olmaq istəyən hər bir şəxsi sıralarımızda görməyə sevinərdik.
Qızmar, süst yaydan sonra iş mövsümə bol-bol motivasiya və ideya ilə dolu başlayın! Bloqosfer 2010-a qeydiyyat açıq elan olunur!
“Bloqosfer 2010″ Soros fondunun dəstəyi ilə təşkil olunmağa başlasa da, yeni-yeni partnyorlarımızın qoşulması istisna deyil. Xəbərlərimizi izləyin.
Paylaş :
  • +2
  • 20 августа 2010, 14:55
  • Weboxu
  • 13