Weboxu → Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri
2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə . Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.
Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.
( Ətraflı oxuyun )
- +2
- 14 января 2011, 00:00
- 3
Təhlil → 2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?

2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi ( və yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.
( Ətraflı oxuyun )
- +6
- 1 января 2011, 17:51
- 5
Texnologiya → Bloqosfer 2010 video rolik
Tədbirdən hazırlanmış video rolik:
Rolikdə 3 gün müddəti rəsmi və qeyri rəsmi hissələri birləşdirilib.
Rolikdə 3 gün müddəti rəsmi və qeyri rəsmi hissələri birləşdirilib.
- +2
- 4 октября 2010, 18:14
- şərh yaz
Texnologiya → Bloqosferin təklifləri və bloq müsabiqəsinin qalibləri
Bu gün, Azərbaycan Media Mərkəzində Bloqosfer 2010 forumunun yekunlarına həsr olunmuş press konfrans keçirilmişdir. Tədbirdə Bloqosfer iştirakçılarının müzakirələri və səs vermələri nəticəsində seçilmiş mövzular üzrə təkliflər elan olundu. Forumun nəticəsi kimi təqdimatlardan çıxan 20 təklif sənədində öz əksini tapmışdır. Bütün təklfilər əlaqədar qurumların diqqətinə çatdırılacaqdır.
( Ətraflı oxuyun )
- +2
- 28 сентября 2010, 18:41
- şərh yaz
Texnologiya → Unibankın #bloqosfer10 müsabiqəsi davam edir!
İlin ən əsas və səs-küylü yeni media hadisəsi olan haqqında yazılar hələ də yazılmaqdadır. 10-larla bloqda bu tədbir haqqında maraqlı materiallara rast gəlmək olar. Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, Qəşşşşşəng sponsorumuz olan ilə birlikdə elan etdiyimiz müsabiqəyə yazıların (həmçinin foto və ya video süjetlərin) qəbulu davam edir:1. Bloqosfer haqqında ən maraqlı yazı.
3 bloq yazısı Unibank plastik kartı + 50 manat qazanacaqdır. (tənqidi yazılar da qəbul olunur )
2. Nə üçün Unibank bloqçulara dəstək olmalıdır? mövzusunda ən maraqlı material isə Unibank plastik kartı + 100 manat pul qazanacaqdır.
( Ətraflı oxuyun )
- +1
- 20 сентября 2010, 22:42
- şərh yaz
Texnologiya → Təqdimatlar... #bloqosfer10 (2-ci hissə)

Qeyd: Təqdimatların hamsını eyni yazıda yerləşdirdikdə, bəzi kompüterlərdə baxmaq mümkün olmadığını nəzərə alaraq hissələr ayırmağa qərar verdik. Browserləriniz crash olmadan baxmağınız mümkün olacaq.
Ümumi təqdimatlar:
( Ətraflı oxuyun )
- +1
- 14 сентября 2010, 14:20
- şərh yaz
Texnologiya → Təqdimatlar... #bloqosfer10 (1-ci hissə)

Bloqosfer tədbirində olan təqdimatlar bu başlıq altında yerləşdirilir. Tədbirin əsas — ümumi müzakirə hissəsində olan təqdimatlar və fərdi təqdimatlar. Təqdimatların böyük əksəriyyəti əldə olunub və yerləşdirilir. Əldə olunmayan təqdimatlar isə qısa zamanda əlavə olunacaq.
Qeyd: Təqdimatların hamsını eyni yazıda yerləşdirdikdə, bəzi kompüterlərdə baxmaq mümkün olmadığını nəzərə alaraq hissələr ayırmağa qərar verdik. Browserləriniz crash olmadan baxmağınız mümkün olacaq.
Ümumi təqdimatlar:
( Ətraflı oxuyun )
- +2
- 14 сентября 2010, 10:19
- 9
İnternet → İştirakçıların #bloqosfer10 təəssüratları ... Bloqlarda

10-12 sentyabrda, Nabranda baş tutmuş, tədbirində onlarla iştirakçı var idi. İştirak etmiş bloqerlərə tədbirdən olan təəssüratlarını yazmaq barədə bir təklif(xahiş) oldu. Artıq iştirakçılar tədbir haqqında fikirlərini yazmağa başlayıblar. Bu başlıq altında ilk yazılara keçid olacaq. Sonradan yazılanlar isə şərhlərdə qeyd olunar:
Bloqosfer forumundan birbaşa..
Bloqosfer 2010 — fərdi hesabat… #bloqosfer10 sona çatdı
BloqoSfer 2010 (Nabran) (2 и 3 День) (+фото)
Bloqosfer – 2010
Stratosferdən də yuxarı Bloqosfer!
( )
- +2
- 13 сентября 2010, 12:18
- 16
Təhlil → Bloqosfer 2010 - fərdi hesabat... #bloqosfer10 sona çatdı
12 sentyabr, forumunun son günü idi və forum başa çatdı.Mövzu barədə sosial mediada kifayət qədər çox məlumat verməyə çalışdıq. Bloqosferin -də rəsmi hashtag-ı idi. Bu tag altında müzakirələrdən bəzi sitatlar və gedişat haqqında xronoloji ardıcıllıq barədə yazırdıq. Hətta o qədər informasiya ötürdük ki, özünü tədbirdə hiss edib, orada iştirak edirmiş kimi, blog postu yazan da oldu. Ancaq təbii ki, bu bir növ dezinformasiyadır. Özünü forumda hiss etmək istəyənlər üçün, bir qədər format və gedişat haqqında məlumat verim.
Müzakirə seçimləri:
Müzakirələri iştirakçılar seçirdi. Forum açıq elan olundu, açılış çıxışları oldu və foruma başlandı. Müzakirə başlıqlarını da iştirakçılar seçirdi — iştirakçılar müzakirə üçün mövzular (bloqçular üçün problemlər) təqdim edirdi.
( Ətraflı oxuyun )
- +1
- 13 сентября 2010, 01:48
- 3
Blog: Shaig → Bloqosfer 2010 - #bloqosfer davam edir
Bu gün Bloqosfer 2010 Forumunun birinci günü baş tutdu. Müzakirə üçün əsas mövzular seçildi və onlar ətrafında müzakirələr aparıldı.
Biz Bloq və Marketinq (reklam) mövzusunda müzakirəyə qoşulduq. Əsasən texnologiya adamlarının qoşulduğu bir qrup müzakirəsi oldu. Xüsusən də twitter itifadəçilərinin (@anarek, @rbabayev, @kataloq, @msadig @seferov ) qoşulduğu müzakirə həm digərlərindən daha uzun davam etdi.
Sabah hər qrup öz müzakirəsinin təqdimatını edəcək.
Mövzu təqdimatlar boyu yenilənəcək. Forumun əsas hissəsi sabah davam edəcək.
- 0
- 11 сентября 2010, 22:23
- 2



