Blog: ilgarmirza →  31 avqust - Bloq Gününüz mübarək!

Blog Day 2010

Bu günü Dünya Bloqosferi Beynəlxalq Bloq Günü kimi qeyd edir.  Hər bir bloqçu 31 avqustu öz peşə (maraq) günü hesab edə bilər. Bütün bayramlar kimi bu günün dən öz adət ənənələri var: bloqçu bu gündə aşağıdakıları etməlidir — 1. 5 yeni və maraqlı gələn bloq tapmalıyıq;
2. Həmin bloqlar haqqında kiçik bir yazı yazıb onlara keçid verməliyik;
3. Yazını mütləq elə məhz 31 avqustda post etməliyik;
4. BlogDay2010 teqini əlavə etməliyik və bayramın rəsmi www.blogday.org saytına keçid verməliyik.

Beləliklə, mənim şəxsi bloqum təmirdə olduğu üçün ənənəni burada davam etdirirəm:


( Ətraflı oxuyun )
Paylaş :

Blog: Shaig →  31 avqust - Dünya blog günü


Bu günün (31 avqust) ilk dəfə dünya blog günü olduğunu 2008-ci ildə, Barcamp Lənkəranda öyrənmişdim. 29-31 Avqust tarixində keçirilən ölkədəki ilk Barcampın son günü «Dünya blog günü»nə təsadüf edirdi. Mənim də həmin günü bloglara aid olan təqdimatım olmuşdu. Niyə məhz 31 avqustun blog günü olduğunu dəqiq bilmirəm. Təxminim isə Blog sözünün «31og» bənzəməsi və bu bənzəmədən də 31 avqust ifadəsinə yaxın bir məna alınmasıdır. Ancaq tamamilə səhv fikir də ola bilər. Bilənlər varsa bölüşə bilər. Bu fikrə www.blogday.org saytında gördüyüm logolara baxaraq gəlirəm.
İki il əvvəl Barcampda etdiyim təqdimatın adı «Blogosfer» adlanırdı. Bu gün isə Barcamp Azerbaijan, Bloqosfer2010-nun təşkilatçılarındandır.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 31 августа 2010, 00:09
  • Shaig
  • 2