Twitter →  Twitter, Posterous-u satın aldı


Blog ilə mikroblog arasındakı, yayım platforması olan Posterous, rəsmi blogunda Twitter tərəfindən satın alındığını yazdı. Eynilə Tumblr kimi, Posterous da veb üzərindən məzmun paylaşmasını çox asanlaşdırmaq üzərinə qurulmuş bir platformadır.

Video, yazı, fotoşəkil vs. paylaşmalar üçün sadə bir sistemdir. Twitter ilə inteqrasiyanın necə təmin ediləcəyi isə ağıllara gələn ilk sualdır.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  LiveAzerbaijan - ölkəmiz bloggerlərin gözləri ilə

Salam mənim əzizlərim. Bu günlərdə yeni layihəyə başlayacağım haqda məlumat vermişdim. Buyurun:

www.liveazerbaijan.com — Azərbaycan bloggerlərin gözləri ilə

Layihə Azərbaycan və azərbaycanlılar, həmçinin həmyerlilərin xaricdə yaşayış tərzi ilə bağlı ingilis dilində bloq postlar yazılan blogger cəmiyyətidir. Bu Eurovision və daha sonra ölkəmizə gələcək qonaqlar, eləcədə xaricdə yaşayan həmyerlilərimizin bir məkanda birləşməsi və ölkəmiz haqqında aktual məlumat almasını təmin edəcək. Eləcədə bloq şəklində yazılan postlarda tarixi və aktual şəkillər, video və s. köməyilə ölkəmiz haqda ən son məlumatı əldə ediləcək. Şərh funksiyası isə bütün bu informasiyanın oxucuya interaktiv çatdırılması üçün imkan yaradır. Oxucu mövzuya şərh yazaraq, müəllifdən həmin məkan və s. haqqında suallarına cavab ala biləcək.


( Ətraflı oxuyun )
Paylaş :

Start-up`lar →  Blog yazıları bir arada - Bloqustan


Azərbaycan interneti üçün növbəti bir start-up istifadəyə verilib — Bloqustan.com.
Burada AzNet-dəki populyar blog postları agregator kimi toplanır və paylaşım sayına görə saytda sıralanır.
İndiqə qədər bir neçə bu tip proyekt cəhdi olsa da, sonuncusu texniki cəhətdən üstünlüyü ilə seçilir. Saytda gündəmdə olan bloq yazıları uyğun olaraq hər bir bloq yazısının Facebook, Twitter, Google+ sosial şəbəkələrindəki paylaşım sayı və Bloqustandan olan müxtəlif ziyarətçilərin həmin bloq yazısına olan keçidlərinin sayına əsasən təyin olunur. Paylaşım və keçidlərin sayı isə hər bloq yazısının altında uyğun olaraq buttonların qarşısında qeyd edilir.

Sietemdəki populyar blog yazıları gündəlik olaraq hesablanır.
Əgər model düzgün qurulsa və inkişaf etdirilsə lazımlı informasiya qaynaqlarından birinə çevrilə bilər. Bir növ Sosial Medianın gündəmindəki olan blog yazıları təyin ediləcək.
Paylaş :
  • +3
  • 28 февраля 2012, 03:04
  • Weboxu
  • 4

Blog: thebayramli →  Azərbaycan dilində WP pluginlər – WP-PageNavi 2.82

Blogun Səhifələnməsi haqqında.

Blogda məqalələrin sayı çoxaldıqca bütün məqalələri Ana Səhifəyə yerləşdirmək məqsədəuyğun deyildir. Belə ki, Ana Səhifədə məqalələrin sayı nə qədər çox olarsa, məlumatlar bazasına sorğuların sayı da çoxalacaqdır ki, bu da internet sürəti zəif olan ziyarətçilərin hövsələdən çıxaraq blogunuza bir daha qayıtmama halı yarada bilər. Bunun üçün məqalələrin ümumi sayını müəyyən statik hissəyə bölüb, bu saydan sonra növbəti səhifəyə keçid vermək çox əlverişlidir. Məsələn: ilk 5 məqaləni birinci səhifədə, sonrakı 5 məqaləni isə ikinci səhifədə və ilaxır. Bunu avtomatik etmək üçün WordPress Admin Panelində Settings->Reading bölməsinə daxil olub, Blog pages show at most -> 5 seçmək olar ki, hər 5 məqalə növbəti səhifəyə keçid vasitəsilə yerləşdirilsin. Keçid vasitəsiylə məqalələrin hər səhifədə eyni sayda yerləşdirilməsi, yəni səhifələnmə (pagination) bir çox WordPress temalarda çox primitiv formada olur. İstifadəçi üçün səhifələnməni daha funksional etmək üçün WP-PageNavi adlı mükəmməl bir plugin mövcuddur. Bu plugin tərəfimdən Azərbaycan dilinə tərcümə olunmuşdur. İlk öncə onu qeyd edim ki, WP pluginlərinin Azərbaycan dilində görüntülənməsi üçün WordPressin təməl papkasındakı wp-config.php faylında:

( Ətraflı oxuyun )
Paylaş :

Blog: thebayramli →  Google-da ilk sıralara çıxmaq üçün Saytın Xəritəsinin yaradılması

Saytın Xəritəsi haqqında.

Axtarış Sistemlərinin robotları və blogun ziyarətçiləri üçün Saytın Xəritəsinin yaradılması çox vacibdir. Saytın Xəritəsi Axtarış Sistemlərinin robotları tərəfindən blogun düzgün indeksləşdirilməsinə kömək edir. Nümunə üçün Saytın Xəritəsinin nə olmasının izahı üçün, bu nümunəyə baxaraq müəyyən təəssürata sahib ola bilərsiniz.

Ümumiyyətlə, bu məqalədə WordPress blog üçün 2 cür Saytın Xəritəsini tərtib edəcəyik:

Axtarış Sistemlərinin robotları üçün

( Ətraflı oxuyun )
Paylaş :

Blog: thebayramli →  WordPressin Localhostda quraşdırılması

blogumda oxuyun: bit.ly/tzGXPW
Ümumi Məlumat.

Denwer və ya Wamp – ı quraşdırdıqdan sonra, fəal olaraq blog yaratmağa başlamaq üçün WordPressi öz komputerimizə yükləyib localhostda WordPresslə işləməyi öyrənməliyik. Növbəti mərhələdə blogun bütün texniki işlərini həll etdikdən sonra növbə bloggerliyə çatır. Tələsməyə ehtiyac yoxdur, localda işləməyi öyrənməklə işin yarıdan çoxunu həll etmiş oluruq. Sonra isə aldığımız hostingin (hostingin necə alınmasını bilməyənlər üçün) server komputerində (real serverdə) öz blogumuzu son mərhələ olaraq işlək vəziyyətə gətirmək lazımdır. Ümumiyyətlə onu deyim ki, öz blogunuzu 2 cür yarada bilərsiniz:

( Ətraflı oxuyun )
Paylaş :

Blog: habbl001 →  Kompüter Təhlükəsizliyi

Kompüter təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan kompüter elmi sahəsidir. Çox təəssüf ki kompüterlərin məlumatsız və diqqətsiz istifadəsi maddi və mənəvi zərərlərlə nəticələnir. Bu zərərlərdən qaçmaq üçün bəzi təməl mövzuları bilmək və bəzi təhlükəsizlik tədbirlərini almaq lazımdır. Bu yazıda, bu əsas məlumat və tədbirlərə toxunacağıq.
Risklər Hardan Gələbilər?
Kompüter istifadəsindən qaynaqlanan risklər, müxtəlif şəkillərdə ortaya çıxar. Işlətdiyimiz proqramlarda tapılması olabiləcək açıqlar və səhvlər, bunlara yerleştirlmiş ola biləcək arxa qapılar, zərər vermə məqsədiylə yazılmış virus və bənzəri proqramları, pis niyyətli kəslərin edə biləcəyi birbaşa və dolayı hücumları, yalan cəhdləri və istifadəçi səhvləri bunlara örnəkdir.
Necə qoruna bilərsiniz?

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  Ötən həftə sonu "Sumqayıt Bloq Günü" keçirildi


Press-reliz: 3-4 Dekabr tarixlərində Azərbaycanın müxtəlif regionlarından olan 100-ə yaxın fəal bloqçu Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkil etdiyi Sumqayıt bloq günü tədbirində bir araya gəldi.

Qafqaz Universitetində təşkil olunan tədbirin əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq İnternetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların artmasına kömək etmək idi.

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  Sumqayıt Bloq Günü keçiriləcək

Azərbaycanda bloqçular üçün daha bir fərqli və maraqlı tədbir ”Sumqayit Bloq Günü ” keçiriləcək. 3-4 Dekabr tarixində Qafqaz Universitetindən başlayacaq bu tədbirdə Bakı, Sumqayıt və eləcədə regionlarda olan bloqçular bir araya gələcəklər. Məqsəd isə birdir – Sumqayıt şəhərini İnternetdə tanıtmaq. Bu maraqlı günü qaçırmaq istəmirsinizsə tədbir ilə yaxından tanış olun, qeydiyyatdan keçin və bizə qoşulun!

Sumqayıt Bloq Günü tədbirinin əsas məqsədi ölkəmizin bloqçularını bir yerə toplayaraq İnternetdə və bloqlarda Sumqayıt haqqında maraqlı yazıların artmasına kömək etməkdir. Bloq günü tədbirinin məhz bu şəhərdə keçirilməsi heç də təsadüfi deyildir – Sumqayıt Ölkəmizin ən gənc və dinamik inkişaf edən şəhərlərindən biridir.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 24 ноября 2011, 20:55
  • Weboxu
  • 1

BakuTel →  BakuTel 2011


Bakutel 2011-in rəsmi Weboxu qrup blogu fəaliyyətə başlayır. Tədbir haqqında məlumatları buradan əldə edə biləcəksiniz. Mütəmadi olaraq buradan yeniliklər barədə xəbər verəcəyik.
Tədbirin rəsmi saytı: bakutel.az
Paylaş :