Microsoft →  Silverlight dəstəkli Bing Maps


Microsoft`un, Silverlight texnologiyasıyla dəstəklədiyi Bing Maps, Bingin ana səhifəsinə yerləşdirildi. Bing Maps, Google Mapsa rəqib ola biləcəkmi?

Microsoftun axtarış mühərriki Bing, Silverlight texnologiyası dəstəkli xəritə xidmətinə sonunda qovuşdu. Silverlight texnologiyasının nemətlərindən faydalanan Bing Maps, Googlenin xəritə xidməti Google Mapsa rəqib olaraq müvəffəqiyyətli olmağı qarşısına məqsəd qoyur. Sentyabr ortasında açıqladıqlarından bəri maraqla gözlənilən Bing Maps, xəritə xidmətiylə birlikdə bir çox yeniliyi əhatə edir. Google Mapsdakı StreetView`ə qarşılıq gələn Streetside xüsusiyyətinə sahib olan Bing Mapsın, restoran, alver mağazaları, park yerlərini göstərən xidmətləri də mövcud olacaq.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 4 декабря 2009, 09:30
  • Shaig
  • 8

Twitter →  Twitter iki komandayla birdən müqavilə imzaladı

Həm Google həm də Bing, Twitterlə razılaşdıqlarını açıqladılar.

Bir müddət əvvəl xəbər yayılmışdıki axtarış sistemləri twitterlə razılaşmağa çalışırlar. Artıq bu məsələ yekunlaşıbdı. Həm Google həm də Microsoft Bing, bir anda milyonlarla «tweet» istehsal edən mikro blogun məzmununu axtarış mühərriklərində istifadə edəcək.

Twitterdə yayımlanan bütün yazıları dərhal istifadə etmə haqqı qazanan iki nəhəng şirkət, bu xüsusiyyəti nə vaxt aktiv hala gətirəcəkləri açıqlanmadı. İki axtarış sisteminində nə vaxt bu xüsusiyyəti aktivləşdirəcəyini gözləyirik. Fikir olaraq onu bilirik ki, axtarışlarda yazar, tarix, mövzu kimi parametrlərdəndə də istifadə olunacaq.
Ancaq bunlar qarşılığında twitterə pul ödənməyibdi. Təbii ki söhbət nəğd puldan gedir. Bu tip bir razılaşmada twitter pulsuz qalmaz. Necə deyərlər «nəğd puldan daha dəyərli şeylərdə var həyatda» — reklam gəlirləri, şirkət səhmləri və s. kimi :)
Paylaş :