Azercell →  “Barama”da yeni araşdırma gerçəkləşdirildi


Press-reliz: İki tələbə komandası Azercelldəki strateji dəyişiklikləri tədqiq etdilər

Azercellin yaratdığı “Barama” innovasiya mərkəzi bu vaxta qədər müxtəlif layihələrə imza atıb. İndi isə istedadlı gənclərin ocağına çevrilən bu mərkəzdə daha bir yeni və maraqlı proqram gerçəkləşdirildi.

Layihə çərçivəsində tələbələr 3 həftə boyunca iqtisadi analitik araşdırma apardılar. Onlar 2011-ci ildə Azercelldə baş verən strateji dəyişiklikləri tədqiq etdilər. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz əsasında ortaya çıxan sualları cavablandırmağa çalışdılar. Onların missiyası müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdırmaq və həmin problemlərin qarşısının alınması üçün effektiv həlli yollarını təklif etmək olmuşdu.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Antonio →  Azercell-in Baraması yekunlaşdı


Press-Reliz: Qafqaz Universiteti tələbələrinin “Barama” innovasiya mərkəzindəki staj proqramı başa çatıb. Universitetin 10 tələbəsi “Azercell”in bu unikal proqramı çərçivəsində geniş araşdırma aparıblar. Onlar 2 həftə ərzində seçilən mövzu ətrafında iqtisadi-analitik tədqiqat işini yekunlaşdırıblar.

Proqram çərçivəsində tələbələr sorğu keçirilməsi və təhlil aparılması yolu ilə şirkətin qoyduğu sualları cavablandırıblar. Onlar əldə etdikləri nəticələr əsasında şirkət üçün öz tövsiyyələrini hazırlayıblar. Proqram oktyabrın 26-da başa çatıb. İki gün sonra staj proqramında iştirak edən tələbələr araşdırmanın nəticələrini və öz tövsiyyələrini “Azercell Telekom” MMC-nin nümayəndələrinə təqdim ediblər.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 29 октября 2010, 17:01
  • Antonio
  • 3

Azercell →  Azercell (Barama) , CİSCO və USAİD birgə layihəsi

Barama layihəsinin uğurunu daha da gücləndirmək üçün “Azercell” bu proqramda “CİSCO” şirkəti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə fəaliyyət göstərir. Razılaşmaya əsasən, Azərbaycanda fəaliyyət göstərən “CİSCO” şirkətinin nəzdindəki Sahibkar İnstitutunun vasitəsilə Barama layihəsinin iştirakçılarına biznes planlaşdırma bacarıqları, İnternet biznes həll variantları, biznes məsləhəti, tədris və xidmətləri sahəsində yardım göstəriləcək.
Mənbə



Barama iştirakçısının verdiyi qeyri-rəsmi məlumata görə yay aylarında treyninqlər başlayacaq. Ola bilsin ki, iyun ayından başlasın.
Barama ayrıca domainə malik olsa da sayt Azercll-in rəsmi saytının tərkibindədir. Hal-hazırda Barama üçün ayrıca sayt da hazırlanır. Həmin saytın da işıq üzü görməyi yaxınlaşır.
Paylaş :
  • +1
  • 23 мая 2010, 11:47
  • Weboxu
  • 1

Parketinq →  Barama layihəsi – ideyanızı reallaşdırmaq, yoxsa?! başlıq-keçid

Dünyanın böyük şirkətləri yeni ideyaların axtarışına uzun illərdir ki, böyük önəm verirlər. Ölkəmizdə bu tendensiya təzəlikcə cücərməyə başlayır.
Paylaş :

Azercell →  Sizin ideyanız var ?


Lakin onu həyata keçirməyə imkanınız yoxdur?
Ideyanızı bizimlə paylaşın və Barama layihəsinə qoşulun!
Barama layihəsinin əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaların tədqiqatı, təkmilləşdirilməsi və nəhayət həyata keçirilməsini təmin etməkdir. Layihədə iştirak etmək üçün aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, ideyanızı və digər əlaqəli sənəd və materialları Azercell-ə göndərin. Ərizələr davamlı olaraq qəbul edilir, bu o deməkdir ki, müraciətlərin göndərilməsində heç bir vaxt məhdudiyyəti mövcud deyil. İdeyalara dair əsas tələblər: ideyanın dəyərliyi onun nə dərəcədə kreativ, yenilikçi, sosial-iqtisadi nöqteyi nəzərdən faydalı olmasından asılı olacaq.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 14 октября 2009, 19:20
  • Weboxu
  • 35