Blog: farxadus → Kim daha çox inkişaf edib? Biz ya Ermənilər?
Birdən elə fikirləşərsiniz ki, bu 1001golos.ru saytı kimi növbəti bir səsvermədir? Ya bəlkə Ermənistanın avropa çempionatına çıxa bilmə ehtimalı, Azərbaycan futbol komandasının isə 7 xal yığdığı haqda yazacam? Yox… Bu mövzu nə səsvermə, nə də futbol haqda olacaq. Bu günkü yazım, İnformasiya texnologiyaları sahəsində inkişaf barəsində olacaq. Bilirsiniz ki, XXI əsrdə informasiya müharibəsi ən böyük problemlərdən biridir. Ən böyük problemimiz olan «Qarabağ problemi» haqda informasiyanın internet cəmiyyətinə necə yayılması, elə bizlərdən asılıdır. Hətta bu günlərdə belə «Google Maps» xəritələrində, Dağlıq Qarabağda yerləşən rayonlarımızın adının erməni adları ilə əvəz edilməsi, bu müharibədə zəif olduğumuzu təstiq edir. Ünvan:
( Ətraflı oxuyun )
- +2
- 12 октября 2011, 01:17
- 9
Texnologiya → Bloqosfer 2011 sentyabrda baş tutacaq [müsahibə]

Ötən ilin ən səs-küylü texnologiya tədbirlərindən olan Bloqosfer bu il də baş tutacaq. İkinci bloqosfer tədbiri "" adı altında keçirləcək. Mən belə düşünürəm ki, ötən ilki tədbir Azərbaycan İnternetində Bloqlara və Bloqçuluğa olan baxışları dəyişdirməyə nail oldu. Görək bu il nələri dəyişəcək.
Tədbirin tarixi: 2-4 Sentyabr
Keçirilmə yeri: Nabran
( Ətraflı oxuyun )
- 0
- 21 июля 2011, 22:21
- 2
Barcamp → "Barcamp Azərbaycan"ın təşkilat saytı fəaliyyətə başladı

Uzun müddətdir qeyri-konfranslarına fasilə verilmişdi. Ancaq Barcamp-ın partnyorluğu ilə başqa bir sıra proyektlər həyata keçirilirdi. YazYay təlimləri, ötən il Barcamp-ın partnyorluğu ilə Bloqosfer tədbiri baş tutdu.
Bundan sonra Barcamp Azərbaycanın saytında bütün yeniliklər haqqında məlumat almaq imkanınız olacaq.
Barcamp-ın open-source və qeyri-konfrans formatına da uyğun olaraq sayt open-source script Wordpress üzərində qurulub. İstifadə olunan theme isə Barcampın özünə aiddir.
( Ətraflı oxuyun )
- +1
- 22 апреля 2011, 23:13
- 2
Blog: Shaig → 31 avqust - Dünya blog günü

Bu günün (31 avqust) ilk dəfə dünya blog günü olduğunu 2008-ci ildə, Barcamp Lənkəranda öyrənmişdim. 29-31 Avqust tarixində keçirilən ölkədəki ilk Barcampın son günü «Dünya blog günü»nə təsadüf edirdi. Mənim də həmin günü bloglara aid olan təqdimatım olmuşdu. Niyə məhz 31 avqustun blog günü olduğunu dəqiq bilmirəm. Təxminim isə Blog sözünün «31og» bənzəməsi və bu bənzəmədən də 31 avqust ifadəsinə yaxın bir məna alınmasıdır. Ancaq tamamilə səhv fikir də ola bilər. Bilənlər varsa bölüşə bilər. Bu fikrə saytında gördüyüm logolara baxaraq gəlirəm.
İki il əvvəl Barcampda etdiyim təqdimatın adı «Blogosfer» adlanırdı. Bu gün isə Barcamp Azerbaijan, -nun təşkilatçılarındandır.
( Ətraflı oxuyun )
- 0
- 31 августа 2010, 00:09
- 2
SYD → Sosial Yeniliklər Düşərgəsi gəlir

2 il yarım öncə AzNetdə «BarKamp» sözünə rast gəlməyə başladıq. Bu söz ilk dəfə Azərbaycanın BarCamp Baltics (8-10 fevral, 2008, Riqa, Latviya) tədbirində iştirakından sonra aktuallaşmışdı. Bu hadisə İKT dünyasında çox maraq çəkən hadisə olmuşdu və informasiya agentliyi bu haqda yerləşdirmişdi. Bundan sonra 2 yerli BarKamp Azərbaycan ( və ), və keçirildi.
İndi isə daha maraqlı bir formatda İKT tədbiri — Sosial Yeniliklər Düşərgəsi ölkəmizdə baş tutacaq. Bratislavada və Tbilisidə keçirilən analoji tədbirlərdə Azərbaycanlıların iştirakından sonra bu tədbirin Azərbaycanda keçirilməsi zərurətini hiss etdik və işə başladıq.
Sosial Yeniliklər Düşərgəsi nədi? Nə vaxt olacaq? Harada? Gözdə qulaqda olun! Yaxınlarda biləcəksiz! :)
- +1
- 30 июля 2010, 23:56
- 4
Barcamp → Bu il Barcamp olacaq?!

Bildiyimiz kimi Barcamp ənənəsi Azərbaycana 2008-ci ilin avqustundan gəldi. 2008-ci ildən bu vaxta qədər, Barcamp tədbirləri çərçivəsində 4 qeyri-konfrans keçirildi. Çox uğurlu alınan bu konfranslar silsiləsinin davamı olacaqmı?
Bu gün bu səpkidə Barcamp təşkilatçıları olaraq kiçik bir toplantı keçirdik. Barcamp`ın bu ilki təşkili, formatı və s. kimi bir sıra məsələlər müzakirə olundu. Təşkilatçılar tərəfindən yeni və maraqlı təkliflər irəli sürüldü. Hələki toplantı qapalı formatda keçirildiyi üçün konkret nüansları qeyd etməyəcəm. Nəsə bir yenilik olsa bu barədə sizi məlumatlandıracam.
- +1
- 22 января 2010, 21:02
- 1
Oxatan →
2009`da baş vermiş IT hadisələr.
009-cu ili arxada qoyuruq artıq. Bundan əvvəlki illərə nisbətən cari ildə, haqqında yazmalı, müzakirə eləməli kifayət qədər hadisələr oldu. Məndə fikirləşdim ki, tədbirlərin, hadisələrin çox qısa olaraq – xülasə şəklində qeydini aparım.
- 0
- 27 декабря 2009, 02:20
- şərh yaz
Google → Youtube "Feather" keyfiyyətli video

YouTube bir müddət əvvəl açıqlamışdıki 1080p keyfiyyətində olan videoları yayımlama xidməti verir. Bu dəfə də daha fərqli, tam əksi bir xidmət verməyə qərar verib.
Əslində bunu eşidəndə mənə ən çox maraqlı olan o olduki bu sistem haqqında Barcamp Azərbaycan `09 -da eşitmişdim. A.Cəmil öz çıxışında üçün belə bir xidmət etməyi düşündüyünü və bunun dünyada olmadığını demişdi. Həqiqətən də yayda heç kimdə yox idi, amma Youtube dekabrın 3-dən etibarən bunu etməyə başlayır. Yəqinki kifayət qədər maddi vəsait olsa idi Azərbaycandan da yaxşı saytlar çıxarmış.
Deməli bu yeni sistem belədirki, siz misal üçün aşağı sürətli internetə maliksiniz, baxmaq istədiyiniz videonun keyfiyyəti isə çox yüksəkdir. Təbiidirki o çox gözləməli olur. Ancaq bu yeni texnologiyada sistem özü videonun keyfiyyətini sizin internetin sürətinin rahat göstərə biləcəyi səviyyəyə endirir. Bununlada siz videolara rahat baxa bilirsiniz. Keyfiyyəti isə sizin internetin sürətindən asılı olacaq. Yuxarıda da yazdığım kimi əslində sistem Div.az`da olmalı idi. Ancaq maliyyə məsələlərinə görə sistemin təkmilləşdirilməsi olmadı və belə bir sistem üçün gecikildi.
Sistem hələki beta versiyadadır. test edə bilərsiniz.
- 0
- 6 декабря 2009, 10:20
- şərh yaz
Barcamp → Barcamp 2009da olan təqdimatların bəziləri:
Avquts ayında Barcamp sisiləsindən olan növbəti tədbir keçirildi. Tədbirdə bir çox iştirakçılar müxtəlif mövzularda təqdimatlar etdilər. Həmin təqdimatlardan bəzilərinə baxa bilərsiniz.
BarCamp Azerbaijan 2009-da olunan təqdimatlar
Qalanlarına bu ünvanda baxmaq olar.
( Ətraflı oxuyun )
BarCamp Azerbaijan 2009-da olunan təqdimatlar
Qalanlarına bu ünvanda baxmaq olar.
( Ətraflı oxuyun )
- 0
- 14 октября 2009, 21:00
- 1



