İnternet →  Dünya Spam şəbəkəsində Azərbaycan adı da çəkilir


Yəqin ki, blogumuzun oxucuları spam barədə kifayət qədər məlumatlıdırlar. Korporativ e-maili olanların isə demək olar ki, spam e-maillər baş bəlasıdır.
Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan New York Times-da Spammerlərin Bankları haqqında bir yazı dərc olunub. Bu yazıda Azərbaycanın da adı çəkilib. Belə ki, spamerlər pul transferləri üçün Azərbaycandan da istifadə edirlər. İstəyən verilmiş linkdən yazını oxuya bilər. Yazının maraqlı məqamlarını isə mümkün qədər tərcümə edək.
Məqalə maraqlı bir fraza ilə başlayır:
Bill Gates-in 2004-cü ilin əvvəlindəki bir ifadəsi ilə — «2 il sonra spam problemi həll ediləcək». O vaxtdan indiyə çox vaxt keçib ancaq həll olunmayıb. Üstəlik indi e-maillərin 70%-ini də spamlar təşkil edir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 31 мая 2011, 03:34
  • Shaig
  • 6

Texnologiya →  “Bank Standard” məhşur “WebMoney Transfer” elektron ödəniş sisteminin Azərbaycanda rəsmi tərəfdaşı oldu


Press-reliz: Bundan sonra müştərilər İnternetdə ödənişlər etmək üçün pulu öz elektron pul kisələrinə “Bank Standard”ın filiallarında köçürə bilərlər.

“Bank Standard” müştərilərinə İnternetdə maliyyə hesablaşmalarının olduqca rahat və əlverişli üsulu olan “WebMoney Transfer” elektron ödəniş sistemini təqdim edir. Bu sistem maksimal hesablaşma sürətini, pul vəsaitlərinin yüksək təhlükəsizliyini və toxunulmamazlığını təmin edir.
Hazırda “WebMoney Transfer” sistemi 11 milyondan artıq istifadəçini əhatə edir. Siz www.megastock.ru elektron kataloqunda toplanmış 12 mindən artıq İnternet mağazalarında bu sistemin ödəniş funksiyasından istifadə edə bilərsiniz. Eyni zamanda sistem şəxsi biznesi qurmağa və İnternet vasitəsilə ödənişləri qəbul etməyə imkan verir.

( Ətraflı oxuyun )
Paylaş :